Tovuzda narkotikin təsiri altında olan sürücü saxlanılıb

Tovuz 5

Tovuzda narkoti vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Qerbxeber.com xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib. Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar … Read more

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Indir 2025 04 14t102746.104

Ötən gün vətəndaşların bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb. Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul … Read more

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Indir 2025 04 23t101017.388

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Qerbxeber.com xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb. Qeyd edək ki, Mərkəzi Bank ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb.

Minatəmizləmə işi bitdi: Qazaxın kəndləri geri qayıdır

Qazax Xerite1

Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər. Qerbxeber.com bildirir ki, Publika.az ermənu saytdarına istinadən xəbər verir ki, Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib. Lakin o, heç … Read more

Avropa çempionatında Azərbaycan cüdoçuları da mübarizəyə başlayacaq

07c48f8f 8c61 3088 86ca 29d69243e150 850

Azərbaycanın beş cüdoçusu bu gün Monteneqronun paytaxtı Podqoritsada start götürəcək Avropa çempionatında mübarizəyə qoşulacaq. Qerbxeber.com–un məlumatına görə, ilk yarış günündə Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 … Read more

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlər var

Indir 2025 04 23t092247.669

Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub. Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb. Məlumata görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub. İsrail ordusunun Qəzzanın cənub hissəsindəki Rəfah bölgəsinə də zərbələr endirdiyi bildirilir.

ABŞ Londona yeddi bəndlik həll planı ilə gedir

Images (45)

ABŞ aprelin 23-də Londonda keçiriləcək iclasda Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi maddədən ibarət plan təqdim edəcək. Bu plana Krımın Rusiya kimi tanınması, Rusiyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarının ləğvi təklifi və Kiyev üçün aydın təhlükəsizlik təminatının olmaması daxildir. Qerbxeber.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” ABŞ, Böyük Britaniya, Aİ və Ukrayna nümayəndələrinin iştirak … Read more

Tramp Çinlə “rüsum müharibəsindən” geri çəkilir

Indir 2025 04 23t090917.756

ABŞ Çindən gələn mallara tətbiq etdiyi rüsumları azaldacaq, lakin istənilən halda rüsumlar sıfır olmayacaq. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. “ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi indiki 145%-lik rüsumlar çoxdur. Bu rüsumlar o qədər də yüksək olmayacaq. Onlar əhəmiyyətli dərəcədə aşağı düşəcək. Lakin sıfır olmayacaq”, – Tramp bildirib.

Tramp Yaxın Şərq səfər edəcək

Images (44)

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin tarixi məlum olub. Qerbxeber.com xəbər verir ki, səfərlə bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə Tramp 13-16 may tarixləri arasında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Ərdoğan: İki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək

Indir 2025 04 23t085436.919

Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub. Qerbxeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib. Ərdoğan, həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq: “Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə … Read more

Lavrov Özbəkistana gedib

Indir 2025 04 23t084605.818

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə yola düşüb. Qerbxeber.com xəbər verir ki, Lavrovun təyyarəsi Səmərqənd hava limanına enib. Səfər çərçivəsində Rusiya XİN başçısının Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Baxtiyar Saidovla görüşü nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlərin, Avrasiya inteqrasiyası məsələlərinin və faşizm üzərində Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıqların müzakirə olunacağı planlaşdırılıb.

Moskvanın tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir

President vladimir putin

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib. Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun … Read more

Tbilisiyə güclü yağış və dolu yağıb

Dolu

Bu gün, Tbilisiyə güclü yağış və dolu yağıb.Yağan dolu Gürcüstan paytaxtının ətraf məhəllələrində Nutsibidze,Nadzaladevi, Diğomi, Tsereteli, Pekini və Saburtaloda problemlər yaradıb.  Qerbxeber.com xəbər verir ki, 23-25 aprel tarixlərində  qonşu Gürcüstanın bəzi ərazilərində, həmçinin Azərbaycanın qərb rayonlarında bəzi yerlərdə qısamüddətli yağış və şimşək müşahidə olunacaq.  

Ermənistan parlamentində əlbəyaxa

Ermeni parlament dava

Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə müxalif “Ermənistan” blokunun nümayəndələri arasında dava düşüb. Qerbxeber.com xəbər verir ki, dava deputatlar Geqam Manukyan və Vae Qaluumyan arasında baş verib. Mübahisə “Ermənistan” fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsinin təqdim edilməsinə dair bəyanatından sonra başlayıb. Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb … Read more

Krım bizim,Ukrayna xalqının ərazisidir-Zelenski

Zelenski unufirmda

Ukrayna Prezidenti Volodimir Zelenski Krımı Rusiya ərazisi kimi tanımayacaqlarını bildirib. Qerbxeber.com xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Krımın Ukraynanın suveren ərazisi olduğunu bildirib. “Danılası heç nə yoxdur, Krım bizim, Ukrayna xalqının ərazisidir Belə bir şey olmayacaq. Biz Krım və digər suveren ərazilərimiz haqqında danışmaqla Rusiyanın maraqlarına xidmət etmiş oluruq”, – deyə Zelenski vurğulayıb.

Rubio Londonda Ukrayna üzrə danışıqlara qatılacaq

Rubio

ABŞ-nin Dövlət katibi Marko Rubio çərşənbə günü Londonda Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda iştirak edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat verib. Bildirilib ki, Rubioya ABŞ prezidentinin xüsusi nüamyəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq da qoşulacaq. Temmi Bryus “Fox Business” telekanalına müsahibəsində Dövlət … Read more

Bitkoinin dəyəri kəskin artdı

Bitcoin

Son sutka ərzində bitkoinin qiyməti kəskin şəkildə artaraq mart ayından bəri ilk dəfə 90 min dollar həddini keçib. Ticarət platformalarının məlumatına görə, 22 aprel tarixinə olan vəziyyətə əsasən, kriptovalyutanın dəyəri 2,54 faiz artaraq 90,47 min dollara çatıb. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bitkoinin dəyəri 25,6 unsiya qızıla bərabər olub. Son iki həftə ərzində ABŞ-la … Read more

Hərtərəfli İslahatlar və yenidənqurma planını elan edirəm-Marko Rubio

Rubio

 ABŞ Dövlət Departamentində hərtərəfli islahatlar başlayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, hazırkı formada Departament şişirdilmiş və bürokratikdir, böyük güclərin rəqabəti fonunda əsas diplomatik missiyanı yerinə yetirmək iqtidarında deyil. Onun sözlərinə görə, genişlənən bürokratiya Amerikanın əsas milli maraqlarını inkişaf etdirmək əvəzinə, daha çox radikal siyasi ideologiyaya … Read more

Kaya Kallas Bakıya gələcək

Kallas

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Qerbxeber.com bildirir ki, bu barədə APA-ya Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi … Read more