Tovuzda maye qazdoldurma məntəqəsi bağlanılıb- VİDEO

6819ac7fda0d16819ac7fda0d217465130236819ac7fda0cf6819ac7fda0d0

Fövqəladə Hallar Nazirliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb. FHN-dən Qerbxeber.com -a verilən məlumata görə, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdi sahibkar … Read more

Şəmkirdə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi intihar edib

Indir 2025 05 06t102256.843

Şəmkirdə intihar hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsindəki meşəlik ərazidə qeydə alınıb. Qəsəbə sakini, 2006-cı il təvəllüdlü İ.Məmmədov ağacdan özünü asıb. Onun meyiti asılmış vəziyyətdə tapılıb. İntiharın səbəbi məlum deyil, aidiyyəti qurumlar tərəfindən araşdırılır. Qeyd edək ki İ.Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi idi.

Əhməd əş-Şəraa Fransaya səfərə gedir

Indir 2025 05 06t101126.828

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa mayın 7-də Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. “E.Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək”, – mənbə qeyd edib. … Read more

UEFA Çempionlar Liqası: “Barselona”“İnter”-in qonağı olacaq

Indir 2025 05 06t100312.359

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. Qerbxeber.com məlumatına görə, ilk finalçının adına İtaliyada aydınlıq gələcək. “İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 6 may 23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) İlk oyun – 3:3.

Paşinyanın impiçment məsələsi Parlamentdə qaldırılacaq

Indir 2025 05 06t095533.420

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur. Qerbxeber.com “Aysor”a istinadən xəbər verir ki, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib. “Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq – bütün … Read more

Azərbaycanda BMT-nin Əhali Fondunun fəaliyyəti başa çatıb

Images (69)

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb. Qerbxeber.com xəbər verir ki, bu barədə təşkilat rəsmi saytında məlumat yayıb. Qeyd edilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb. UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə … Read more

Çexiya Ukraynaya yardımı davam etdirir

Indir 2025 05 06t093715.199

Çexiya 2025-ci ilin ilk dörd ayında döyüş sursatlarıyla bağlı təşəbbüs çərçivəsində Ukraynaya 500 minə yaxın iriçaplı artilleriya mərmisi göndərib. Qerbxeber.com  xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petr Fiala Praqada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. “Bu günə olan duruma görə, bu il Ukraynaya sursat təşəbbüsü çərçivəsində yarım milyona … Read more

Tehran və Vaşinqton arasında dördüncü raund 10–11 may tarixlərində keçirilə bilər

Indir 2025 05 06t090050.977

Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında dördüncü danışıqlar raundu bu həftəsonu — 10–11 may tarixlərində baş tuta bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə istinadən yazıb. “Uitkoff bildirdi ki, ABŞ bu həftəsonu İranla nüvə məsələsi üzrə dördüncü raundun keçirilməsini razılaşdırmağa çalışır”, — deyə … Read more

Şoyqu: Qərbi Rusiya ilə hərbi toqquşmaya hazırlayırlar

Indir 2025 05 06t085512.651

NATO və Avropa İttifaqı daxilində Qərbin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlanmasına yönəlmiş proqramlar həyata keçirilir. Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, Qərbin aqressiv addımları və NATO-nun Rusiya sərhədlərinə doğru fasiləsiz irəliləməsi rusofob ritorika ilə əsaslandırılır.

Odessa dron hücumuna məruz qalıb

Indir 2025 05 06t084612.972

Ukraynanın Odessa şəhəri və Odessa vilayəti Rusiya Silahlı Qüvvələrinin Qara dəniz istiqamətindən buraxdığı kamikadze dronlarının hücumuna məruz qalır. Qerbxeber.com xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb. Məlumata görə, Odessada bir sıra mülki infrastruktur obyektlərinə ziyan dəyib. Hücum nəticəsində bir neçə fərdi yaşayış evi zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib. Ərazi üzrə axtarış-xilasetmə işləri zamanı … Read more

Hindistan “İqla-S” zenit-raket kompleksi alır

Indir 2025 05 06t084232.851

Rusiya Hindistana təxminən 30 milyon dollar dəyərində “İqla-S” tipli daşınan zenit-raket kompleksləri (DZRK) tədarük edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb. Komplekslərin əsasən döyüş təyyarələri, zərbə helikopterləri və pilotsuz uçuş aparatlarına qarşı müdafiə məqsədilə istifadə olunacağı bildirilir. Məlumata görə, bu tədarük Hindistanla Pakistan arasında münasibətlərin kəskin gərginləşdiyi dövrə təsadüf edir.

Marçel Çolaku istefa verib

Images (68)

Rumıniyanın Baş naziri Marçel Çolaku istefa verdiyini və rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının hakim koalisiyadan çıxdığını bəyan edib. Qerbxeber.com xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb. Çolaku həmçinin bildirib ki, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turuna keçən namizədlərdən heç birini açıq şəkildə dəstəkləmək niyyətində deyil.

KİV: Ukrayna Rusiyanın PUA bazasını sıradan çıxarıb

Images (67)

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya Ordusunun Kursk vilayətində yerləşən pilotsuz uçuş aparatları bölmələrinin idarəetmə məntəqəsinə zərbə endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Rusiyanın təxminən 20 hərbçisi ölüb, ərazidə olan texnikasının bir hissəsi isə sıradan çıxarılıb.

Tramp və Ərdoğan telefonla danışıb

Erdogan tramp

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib. Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla  işləməyi səbirsizliklə gözləyir. “İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox … Read more

KİV: Ukrayna Rusiyanın Kurskda yerləşən PUA bazasını vurub: 20-yə yaxın hərbçi ölüb

Images (2)

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya Ordusunun Kursk vilayətində yerləşən PUA bölmələrinin idarəetmə məntəqəsini bombardman edib/ Qerbxeber.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Rusiyanın təxminən 20 hərbçisi ölüb, ərazidə olan texnikasının bir hissəsi isə sıradan çıxarılıb.

Avropa Komissiyası 500 milyon avro ayıracaq

Indir 2025 05 05t155531.427

Avropa Komissiyası (AK) Avropaya dünyanın hər yerindən alimləri cəlb etməklə bağlı proqramları dəstəkləmək üçün 500 milyon avro ayıracaq. Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sorbonnada “Avropanı seç” proqramını təqdim edərkən bildirib. “Avropa həmişə alimlərin Avropanı seçməsinə çalışacaq. Mən 2025-2027-ci illər üçün Avropaya yeni alimlər cəlb etmək … Read more

Moskvada Qələbə Paradında iştirak edəcək Azərbaycan hərbçiləri ilə görüş keçirilib

6818a0767926d6818a0767926e17464444066818a0767926b6818a0767926c

Səfir: “Hərbçilərimiz ilk dəfə Qırmızı meydanda ərazilərini və suverenliyini bərpa etmiş Azərbaycanı təmsil edəcəklər”. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 2025-ci il mayın 5-də 9 May Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Qerbxeber.com APA-a istinadən xəbər verir ki, görüşdə səfir Rəhman Mustafayev çıxış edərək, azərbaycanlı hərbçilərin İkinci … Read more

Azərbaycan-Belarus arasında Anlaşma Memorandumu imzalanıb

Indir 2025 05 05t150342.387

Azərbaycan-Belarus sənədləri imzalanıb. Qerbxeber.com-un xəbərinə görə, “Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında traktor avadanlıqlarının tədarükü sahəsində əməkdaşlığın inkişafına dair Memorandum”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının … Read more

Baş nazir Modi Putini ölkəsinə dəvət edib

Indir 2025 05 05t141710.033

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub. Qerbxeber.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin və Modi terrorizmin bütün təzahürləri ilə mübarizə aparmağın vacibliyini qeyd ediblər. Söhbət zamanı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb. Putin ənənəvi ikitərəfli sammit üçün Modinin Hindistana səfər etmək dəvətini qəbul … Read more