Netanyahu: İsrail ordusu yaxın günlərdə Qəzzaya girəcək

Netanyahu

İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HAMAS-ı məhv etmək üçün Qəzzaya tam güclə girəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. “Yaxın günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün gücümüzlə Qəzzaya daxil oluruq. Əməliyyatı başa çatdırmaq HAMAS-ı məğlub etmək deməkdir. Bu, HAMAS-ı məhv etmək deməkdir. Müharibəni dayandıracağımız vəziyyət olmayacaq. Müvəqqəti atəşkəs ola … Read more

Azərbaycanda əhali dörd ayda içki və siqaretə nə qədər pul xərcləyib?

Images (88)

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 mln. manat xərclənib. Qerbxeber.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb. Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların … Read more

Putin İstanbula getmədi

Indir 2025 05 13t134323.988

Mayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məlum olub. Qerbxeber.com xəbər verir ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov da daxil edilib.

Gürcüstan Parlament “MEGOBARI Aktı”na cavab bəyanatı hazırlayıb

Images (87)

Gürcüstan Parlamenti ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş ‘MEGOBARI Aktı’na cavab olaraq xüsusi bəyanat qəbul edəcək. Qerbxeber.com Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bəyanat layihəsi artıq parlamentdə təşəbbüs kimi irəli sürülüb. Təşəbbüskarlar parlamentin sədri, “Gürcü Arzusu” fraksiyası və parlamentdəki digər siyasi qrupların rəhbərləridir. Bəyanat layihəsi müzakirə üçün Xarici Əlaqələr Komitəsinə təqdim edilib və müzakirəsi sabah (14 May) … Read more

MÜTDA: “Son zəng”lə bağlı məktəblərə bildirişdər göndərilib

Images (86)

“Son zəng”lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz. Qerbxeber.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb: “Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. “Son zəng”lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə … Read more

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanı olacaq

Indir 2025 05 13t131813.193

4-6-cı sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək, bu, tədrisin keyfiyyəti üçündür. Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, monitorinq imtahanlarında 310 mindən çox şagird iştirak edəcək: “İlk dəfə bu il 10 minə yaxın şagird bu imtahanları elektron qaydada verəcək”.

İyunda müəllimlərin növbəti sertifikasiya imtahanı keçiriləcək

Indir 2025 05 13t131319.699

Müəllimlər üçün növbəti sertifikasiya imtahanları təşkil olunacaq. Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, 18-26 iyun tarixlərində coğrafiya, informatika, kimya, fizika və biologiya müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək. “Ötən il birinci cəhddə uğursuz olanlar ikinci cəhd kimi həmin tarixlərdə imtahan verə biləcəklər. İmtahan vaxtı və yeri ilə … Read more

UNICEF Azərbaycandan gedir

49dc3ae4 1afd 49cd 888c dd0da40f02e9 850

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq. Bu barədə məlumatı Qerbxeber.com-a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib. Bildirilib ki, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq. “UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”, – o əlavə edib. İrina Mazur vurğulayıb ki, 1993-cü … Read more

Trampın Yaxın Şərqə səfəri başlayıb

Images (85)

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri başlayıb. Qerbxeber.com xəbər verir ki, Trampı hava limanında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud qarşılayıb.

Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq

Indir 2025 05 13t110217.059

Qazaxın anklav olan Sofulu kəndi Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra Azərbaycana təhvil veriləcək. Qerbxeber.com Publika.az istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan deyib. Onun iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşmağa çalışır. “Əliyevlə danışıq aparan Paşinyan çalışır ki, kəndi seçkidən sonra … Read more

Rusyanın itgiləri yeniləndi

Indir 2025 05 12t111205.668

Ukrayna müharibənin 1175-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 968 130 hərbçi, 10 802 ədəd tank, 22 487 ədəd zirehli döyüş maşını, 27 780 ədəd artilleriya sistemi, 1 381 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 162 hava … Read more

İlham Əliyev Yaşar Güləri qəbul edib

6822e8754dac56822e8754dac617471181976822e8754dac36822e8754dac4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Qerbxeber.com xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi … Read more

Alçanı duzla yemək olarmı

Indir 2025 05 13t102623.364

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir. Qerbxeber.com milli.az-a istinadən xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrindən biri də alçadır. Bu meyvə tərkibindəki C, A və K vitaminləri, kalium, dəmir və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalıdır. Bu maddələr … Read more

Gəncə sakini ölümcül xəsarət alıb

Indir 2025 05 13t094920.990

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb. Qerbxeber.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib.18 yaşlı E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir. Gənc oğlanın hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil. Hadisə … Read more

KİV: Aİ Türkiyədəki danışıqlardan sonra Rusiyaya qarşı sanksiyalara baxacaq

Indir 2025 05 13t094236.889

Avropa ölkələri ABŞ-dan yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna ilə bağlı mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər. Qerbxeber.com xəbər verir ki, bu haqda mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb. Mənbələrin sözlərinə görə, 12 mayda ABŞ Avropa rəsmilərini Rusiya və Ukraynaya Ankarada birbaşa danışıqlar aparmaq imkanı yaratmaq niyyəti barədə məlumatlandırıb. … Read more

ABŞ PKK-nın ləğvini alqışlayıb

ABŞ

ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib. Qerbxeber.com xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib. “Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub. Bildirilib ki, ABŞ-nin dövlət katibi … Read more

Ərdoğan çağırış edib

ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib. Qerbxeber.com xəbər verir ki, Türkiyə lideri hökumətin iclasından sonrakı çıxışında deyib ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq istiqamətindəki səylərini dəstəkləyir. .

Kiyev sazişi ratifikasiya edib

Indir 2025 05 13t090120.661

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb. “Sazişin ratifikasiyası fonda tam şəkildə işə başlamağa imkan verəcək. Bu, təkcə maliyyə dəstəyi ilə bağlı deyil, həm də strateji tərəfdaş olan ABŞ tərəfindən yeni etimadın yaradılması ilə bağlıdır. Bu, … Read more

İrana yeni sanksiyalar tətbiqi davam edir

Indir 2025 05 13t085600.151

ABŞ İrana yeni sanksiyalar tətbiq edib. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib. Bildirilib ki, iki iranlı şəxs – Məhəmməd Rza Seddiqi Sabir və Əhməd Həqiqəttalbı sanksiyalar siyahısına əlavə edilib. Eyni zamanda, “Pouya Pars Forward-Looking Technologies” şirkəti də sanksiyalar siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət Tehranın … Read more