Lavrov: Üç ölkə Ukraynada sülh istəmir

Lavrov

Almaniya, Fransa və Britaniya Ukraynada sülh istəmir. Qerbxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Berlin, Paris və Londonun sülh istəmədiyinə dair çoxlu sübutlar var. Lavrov deyib ki, Trampın rəhbərliyi altında ABŞ administrasiyası normal vəziyyətə qayıdıb: “Siyasətçilər və diplomatlar danışmağa borcludurlar”.

Ermənistan parlamentində dava- Sənin baban Türkdür!

Kocharyan

Dünən Ermənistan parlamentində vitse-spiker Akop Arşakyanla Levon Köçəryan (Robert Köçəryanın oğlu) arasında dava düşüb. Qerbxeber.com xəbər verir ki, Arşakyan qalmaqal zamanı Robert Köçəryanın atasının Türk (azərbaycanlı) olması ilə bağlı yayğın iddianı təkrarlayıb. Bunu “Köçəryan ailəsinin təhqir olunması” kimi qiymətləndirən ikinci prezidentə yaxın media onun ata-anası haqda məlumatı təqdim edib. Təqdimatda bildirilir: “Rəsmi tərcümeyi-halda Robert Köçəryanın … Read more

Rusyanın itgiləri açıqlanıb

Indir 2025 05 12t111205.668

Ukrayna müharibənin 1177-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 970 590 hərbçi, 10 812 ədəd tank, 22 514 ədəd zirehli döyüş maşını, 27 872 ədəd artilleriya sistemi, 1 384 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 166 hava … Read more

“Qırmızı Körpü” gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb – FOTO

682599bb4ce3b682599bb4ce3c1747294651682599bb4ce39682599bb4ce3a

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qerbxeber.com-a verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı … Read more

Pezeşkian: Biz qonşularımızla qardaşlıq və bərabərlik üçün çalışırıq

Mesud Pezeshkian

“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”. Qerbxeber.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. “Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla – Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və … Read more

Aİ -nın Gürcüstan səfiri: “Siyasi müxalifətin qadağan edilməsi Avropa yolu deyil”

Paweł herczyński

“Siyasi müxalifətin qadağan edilməsi Avropa yolu deyil”. Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının səfiri Pavel Herçinski 13 may tarixində Parlament çoxluğu (“Gürcü Arzusu”) tərəfindən qanunverici orqanda üçüncü oxunuşda qəbul edilmiş “siyasi partiyaların qadağan” olunmasına dair qanun layihəsinə bu şəkildə münasibət bildirib. O deyib ki, demokratiya çoxpartiyalı sistemi nəzərdə tutur və fərqliliklər olduqda belə, “xalq razılıq, … Read more

Paşinyan Albaniyaya səfərə getdi

Indir 2025 05 15t102712.959

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Paşinyanın səfər çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.

KİV: İrana qarşı sanksiyalar ləğv olunarsa ABŞ-la nüvə sazişi imzalamağa hazırdır

Images (90)

İran hakimiyyəti müəyyən şərtlər daxilində Birləşmiş Ştatlarla nüvə sazişi imzalamağa hazır olduğunu bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə “NBC News” telekanalına İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani məlumat verib. “Şəmxani bildirib ki, İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür, silah kimi istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina … Read more

Marko Rubio İstanbula getdi

Indir 2025 05 15t095749.741

ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı gözlənilən danışıqlar fonunda Antalyaya gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb. Məlumata görə, Rubio Türkiyəyə səfərini ABŞ Prezidenti Donald Tramp ilə birlikdə həyata keçirdiyi Səudiyyə Ərəbistanı və Qətər ziyarətindən sonra gerçəkləşdirib.

Tramp İrana iki seçim təklif edib

Indir 2025 05 15t095422.551

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramı ilə bağlı ya dostcasına, ya da qeyri-dostcasına inkişaf yolunu seçə bilər. Qerbxeber.com xəbər verir ki, bu barədə Tramp Qətərin paytaxtında təşkil olunan rəsmi qəbul zamanı çıxışında deyib: “Qeyri-dost yanaşma – bu, zorakı yanaşmadır və mən bunu istəmirəm. Onlar hərəkət etməlidirlər. Bu qərarı onlar verməlidir. Bu, … Read more

Vaşinqton Dəməşqə tətbiq etdiyi sanksiyaların ləğvinə başlayıb

ABŞ

ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent “X” hesabında paylaşım edib “Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə yardım etmək məqsədilə sanksiyaları yumşaltmaq üçün addımlar atır”, – nazir qeyd edib.

Tramp İstanbula getməyəcək

Trump Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, bu açıqlama Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra gəlib.

Putin Türkiyəyə getmiyəcək,amma nümayəndə heyyəti göndərəcək

President vladimir putin

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin … Read more

“Qalatasaray” Türkiyə kubokunu böyük hesabla qazandı

Indir 2025 05 15t093354.601

Türkiyə Kubokunun final oyunu keçirilib. Qerbxeber.com xəbər verir ki, həlledici qarşılaşma “Trabzonspor” və “Qalatasaray” komandaları arasında baş tutub. Viktor Osimhenin dublu və Barış Alper Yılmazın vurduğu qol sayəsində “sarı-qırmızılılar” matçdan 3:0 hesabı ilə qalib ayrılıblar. Qeyd edək ki, bu qələbə sayəsində İstanbul təmsilçisi tarixində 19-cu dəfə bu titula sahib olub.

Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır

Vladimir zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə İstanbuldakı danışıqlara istənilən formatda qatılmağa hazırdır. Qerbxeber.com xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram”da videomüraciət yayımlayıb. “Rusiya tərəfindən kimlərin gələcəyini gözləyirəm. Ukraynanın atacağı addımları bundan sonra müəyyən edəcəyik. Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz bu görüşlərdən çəkinmirik”, – deyə Zelenski vurğulayıb.

Quterreş İstanbula getməyəcək

Indir 2025 05 15t092455.166

BMT-nin Baş katibi Antoniu Quterreş Moskva ilə Kiyev arasında Ukrayna münaqişəsinin həlli üzrə aparılacaq danışıqlarda iştirak etmək üçün İstanbula getməyəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq brifinqdə bildirib. “Baş katib orada olmayacaq”, – deyə o, sualı cavablandırarkən qeyd edib.

Arıqlama prosesində Demotivasiyaya necə qalib gələk?-Elnur Nemətov

Elnur123

Arıqlama, artıq çəkilərdən qurtulma prosesində insanın motivasiyası əsas məsələlərdən biridir. Bəzən ətrafımızda, iş yerimizdə baş verən neqativ proseslər motivə olunmağımıza  mənfi təsir göstərir.Bununla yanaşı ətrafımızda elə insanlar var ki, artıq çəkilərlə mübarizə aparan adamların demotivasiya olması üçün əlindən gələni əsirgəmir.  Görəsən,niyə başqasının uğuru bəzilərini bu qədər qıcıqlandırır? Niyə biri nəyisə düzəltməyə, dəyişməyə başlayanda dərhal onu … Read more

Ağ ev Qətərlə 1,2 trilyon dollarlıq müqavilə bağlanıb

Indir 2025 05 15t091734.824

ABŞ Prezidenti Donald Tramp Qətərlə 1 trilyon dollardan çox məbləğdə iqtisadi əməkdaşlıq sazişi imzalayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Saziş çərçivəsində ümumi dəyəri ən azı 1,2 trilyon dollar olan iqtisadi mübadilənin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, Qətər ABŞ-dan 210-a qədər təyyarə və kəşfiyyat-zərbə təyinatlı pilotsuz uçuş aparatları almaqda maraqlıdır.