Milli Hidrometeorologiya Xidmətindən -XƏBƏRDARLIQ

6826d0a040b9d6826d0a040b9e17473742406826d0a040b9b6826d0a040b9c

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlıq Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com-a verilən xəbərə görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Hansı ərazilərdə küləkli hava şəraiti davam edir? Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, … Read more

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb

Indir 2025 05 16t094853.626

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb. Bu barədə Qerbxeber.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan … Read more

Gəncədə restoranda bıçaqlanma

Bıçaq

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Y. İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 31 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Y. İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla … Read more

BƏƏ ABŞ-a sərmayə qoyacaq

Indir 2025 05 16t093749.125

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb. Yaxın Şərq turu çərçivəsində BƏƏ-yə gedən ABŞ prezidenti Tramp Əbu-Dabidəki “əl-Vatan” sarayında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Tramp Əl Nəhyanla təkbətək görüşündən sonra verdiyi açıqlamada növbəti on il … Read more

Rubio: ABŞ nümayəndəsi İstanbulda danışıqlarda iştirak edəcək

250513 marco rubio ac 956p 007aa1

Amerika administrasiyasının nümayəndəsi İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib. Cümə günü keçirilməsi planlaşdırılan danışıqların formatı ilə bağlı suala cavab olaraq Rubio “Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyəti ilə” İstanbulda görüşəcəyini söyləyib. “Mən … Read more

Barselona İspanya çempionu oldu

Indir 2025 05 16t090737.354

“Barselona” XXXVI turda “Espanyol” üzərində qələbə qazanaraq vaxtından əvvəl çempionluğunu elan edib. Qerbxeber.com xəbər verir ki, Kataloniya təmsilçisi səfər matçında 0:2 hesablı qələbə qazanıb. Bu qələbə ilə Hans-Diter Flikin yetirmələri mövsümün bitməsinə iki tur qalmış əzəli rəqibi və ən yaxın təqibçisi “Real”la xal fərqini 7-yə çatdırıb. Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 … Read more

Zelenski danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Ukrainian President Zelensky's address to the residents of Ukrainian cities

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-na planlaşdırılan Türkiyədə Rusiya ilə danışıqlar prosesində iştirak etmək üçün nümayəndə heyətinin yaradılması barədə sərəncam imzalayıb. Qerbxeber.com xəbər verir ki, müvafiq sərəncam Prezidentin rəsmi saytında dərc olunub. “Ukrayna nümayəndə heyəti Ukrayna beynəlxalq tərəfdaşları – Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri, həmçinin Rusiya Federasiyası nümayəndələri ilə 2025-ci il mayın … Read more

Rubio: ABŞ vasitəçi rolundan imtina etməyəcək

Indir 2025 05 16t090057.024

ABŞ-nin administrasiyası Rusiya – Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini dayandırmayacaq, lakin səmərəsiz danışıqlarda iştirak etmək niyyətində deyil. Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib. Ondan soruşublar ki, aprel ayında Amerika hakimiyyəti tərəfindən elan edildiyi kimi, konkret irəliləyiş olmadığı təqdirdə Vaşinqton vasitəçi rolundan … Read more

Region Liqasının final və III yer uğrunda oyunları Qəbələdə keçiriləcək

751166c2 2fec 37db aea2 fa71f12c298f 850

AFFA Region Liqasının 2024/2025 mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib. Qerbxeber.com xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq. İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydanında III yer uğrunda qarşılaşma keçiriləcək. Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydanında baş tutacaq. Qeyd edək … Read more

İstanbulda danışıqlar bu gün baş tutacaq

Images (91)

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. “Bəli, danışıqlar mayın 16-sı başlayacaq”, – danışıqların təşkilinə yaxın mənbə müvafiq suala cavab verərkən söyləyib.

ABŞ Qrenlandiyanı ələ keçirərsə, Danimarka müqaviləni ləğv edəcək

Indir (28)

ABŞ Qrenlandiyanı ələ keçirərsə, Danimarka Vaşinqtonla Müdafiə Əməkdaşlığı Müqaviləsini (DCA) ləğv edə bilər. Qerbxeber.com “Ritzau” agentliyinə istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib. “Sözsüz ki, Qrenlandiyanın ABŞ tərəfindən tam və ya qismən ilhaqı Danimarkaya müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək hüququ verəcək”, – siyasətçi deyib. Daha əvvəl nazir, … Read more

Üç ölkənin baş diplomatları arasında görüş olub

00287b42 8e61 3936 8efb c0647b7a3adf 850

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya xarici işlər naziri Esad Hasan Şeybani və ABŞ Dövlət katibi Marko Rubio arasında üçtərəfli görüş olub. Qerbxeber.com “Habertürk”ə istinadən xəbər verir ki, tərəflər NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər. Onların hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.

Pakistan Hindistan arasında atəşkəs mayın 18-dək uzadılıb

Indir 2025 05 16t083117.113

Pakistan və Hindistan hərbçiləri atəşkəsin mayın 18-dək uzadılması barədə razılığa gəliblər. Qerbxeber.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib. “Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq”, – XİN başçısı vurğulayıb. Xatırladaq ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini … Read more

Zelenski Ərdoğanla görüş haqqında məlumat verib

Zelenskiii

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib. Qerbxeber.com xəbər verir ki, o, “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb. O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik … Read more

Ərdoğan və Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq yollarını müzakirə edib

Erdogan zelenski

Türkiyə  prezidenti Ərdoğan və Ukrayna dövlət başçısı Zelenski Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib. Bu barədə Türkiyə Prezident Administrasiyaı məlumat yayıb. Türkiyə prezidenti hazırkı mərhələdə Ukrayna-Rusiya müharibəsinin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib. Ərdoğan danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini və həm texniki, həm də liderlər səviyyəsində … Read more

Prezident Əliyev Albanyaya işgüzar səfərə gedib

Prezident sefer

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib. Bu barədə Qerbxeber.com Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir. Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, … Read more

Zelenski: Rusiya müharibəni dayandırmaq istəmir

Zelenski

Rusiya nümayəndə heyətinin səviyyəsini görəndən sonra anladıq ki, onlar ciddi danışıqlara hazır deyillər. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Zelenskinin sözlərinə görə, Rusiya ilə danışıqlarda Baş Qərargah rəisi və təhlükəsizlik xidmətinin rəhbəri olmayacaq. Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək. Ukrayna nümayəndə heyətinə o başçılıq edəcək. “Nümayəndə … Read more

İstanbulda iki ölkə nümayəndələrinin görüşü başlayıb

Indir 2025 05 15t165645.316

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Görüş Dolmabahçe sarayında keçirilir. Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini … Read more

Hakan Fidan: Mən davamlı sülhə nail olunacağına inanıram

Hakan fidan

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Qerbxeber.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib. Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: “Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik”. … Read more

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

6825cd3e62cc36825cd3e62cc417473078386825cd3e62cc06825cd3e62cc2

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir. Bu barədə Qerbxeber.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur. Mayın 15-də … Read more