İrana qarşı BMT məhkəməsində iddia qaldırıb

FRANCE FLAG

Fransa İranda həbsdə olan iki Fransa vətəndaşının hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb. Qerbxeber.com xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir. Mətndə qeyd olunur ki, Fransa tərəfinin fikrincə, söhbət İranda Jak Paris və Sesil Koler adlı iki fransızın həbsi və saxlanması kontekstində Fransa vətəndaşlarının hüquqlarının ciddi və sistematik … Read more

İsrail ordusu Yəmən limanlarına zərbələr endirib

Indir 2025 05 17t083849.958

İsrail Hərbi Hava Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib. İsrail tərəfinin məlumatına görə, bu limanlar üsyançılar tərəfindən … Read more

Agentlik: “Son zəng”də şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir

Images (95)

Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Bu barədə Qerbxeber.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

Umerov: Biz Putin və Zelenskinin görüşünə hazırlaşırıq

Indir 2025 05 17t082910.114

“Biz potensial olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlaşırıq”. Qerbxeber.com “Times of Ukraine” teleqram kanalına istinadən xəbərinə görə, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib. O həmçinin, tezliklə tərəflər arasındakı danışıqların növbəti raundu barədə məlumat verəcəyini açıqlayıb. R. Umerov əlavə edib ki, budəfəki görüş zamanı tərəflər atəşkəs və girovların mübadiləsini … Read more

Ağstafada iki minik avtomobili toqquşub

Indir 2025 05 17t082341.677

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub

Dim

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlər 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. Bu barədə Qerbxeber.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ikinci imtahana qeydiyyat 22 may – 10 iyun tarixlərində aparılacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan … Read more

Putin Təhlükəsizlik Şurasında müşavirə keçirib

Putin

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzləri ilə müşavirə keçirib. Qerbxeber.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirə zamanı Rusiyanın informasiya təhlükəsizliyinin təminatı müzakirə olunub. “Bu gün bizim gündəliyimizə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri daxildir. Bu, vacib məsələdir. Hər kəs bunun nə qədər vacib olduğunu başa düşür. Xüsusilə də hazırda Rusiya üçün…” – … Read more

Rusiya ilə Ukrayna arasında növbəti dəfə meyit mübadiləsi olub

Indir 2025 05 16t165124.216

Rusiya və Ukrayna arasında növbəti dəfə həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib. Qerbxeber.com “rbc.ru”ya istinadən xəbər verir ki, Rusiya Ukrayna tərəfinə 909, Ukrayna isə Rusiyaya 34 hərbçinin meyitini təhvil verib. Bundan əvvəl, aprel ayında baş tutmuş mübadilə zamanı da rəsmi Kiyev 909 nəfərin meyitini təhvil alıb, Rusiya tərəfinə isə 41 nəfərin meyiti qaytarılıb.

Tovuzda çayxanada dava olub

Images (92)

Tovuz sakini dava zamanı xəsarət alıb. Qerbxeber.com-un məlmatına görə, hadisə çayxanada qeydə alınıb. 1988-ci il təvəllüdlü E.Nağıyev baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yeləşdirilib. Məlumata görə, xəsarət alan E.Nağıyev çayxanada işləyən qadınla mübahisə edib. Mübahisə zamanı qadın stəkanla onun başına vurub. Faktla bağlı araşdırma aparılır.  

Şəmkirdə mağaza yanıb

Indir 2025 05 16t162648.219

Şəmkirdə yanğın hadisəsi baş verib. Qerbxeber.com-un məlumatına görə, hadisə Şəmkir şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Küçədə yerləşən 1 mərtəbəli “BakuElectronics” mağazasının mətbəxində yanğın olub. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

İranda iki güləşçimiz medal qazanıb

7f56db84 33c5 306c 8d2c f7f60f480850 850

Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb. Bu barədə Qerbxeber.com-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib. 7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb. … Read more

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb

62d3e629 c11e 37ba ba4a 18bc7295683c 850

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Üçtərəfli görüş İstanbuldakı “Dolmabahçe” sarayında keçirilir. Məlumata görə, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir.

Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib – VİDEO

C7f2516c 8c56 3a24 9453 a43a71bc34d1 850

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Bu barədə Qerbxeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin … Read more

Paşinyan İTV-yə müsahibəsində azərbaycanlılara nəyi mesaj göndərdi?

Pasinyan itv

İctimai Televiziyanın Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlandığı sual rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü son şərtləri özündə əks etdirirdi. Və bu, regionda davamlı sülhün perspektivləri baxımından Azərbaycan ictimaiyyətinin cavab tapmaq istədiyi məsələlərdir. 1. ATƏT-in Minsk qrupunun de-yure buraxılması; 2. Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi; Paşinyan suallara cavabında özü-özünü … Read more

Qazaxda Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Indir 2025 05 16t102931.517

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan … Read more