Tramp Rusiyaya qarşı sanksiyaların qəbuluna “ciddi baxdığını” bəyan edib

Tramp yeni

ABŞ Prezidenti Donald Tramp Konqresdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbuluna razılıq vermək imkanını “çox ciddi şəkildə” nəzərdən keçirdiyini bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə o,Ağ Evdə nazirlər kabinetinin iclası zamanı bildirib. “Senatorlar çox sərt sanksiyalar qəbul edirlər. Mən bunu nəzərdən keçirirəm. Bunu çox ciddi şəkildə nəzərdən keçirirəm”, – deyə … Read more

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Azer pakis

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib. Qerbxeber.com xəbər verir ki, o, bunu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib. Pakistan Xarici İşlər Nazirliyinin … Read more

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

90848c37 a500 4e65 b5f1 05f719b5413e

Şəmkirin Zəyəm qəsəbəsi və ətraf kəndlərində “SHORECA” – Şəmkir Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası uğurla davam edir. Bu barədə Qerbxeber.com-a məlumat verən Layihə rəhbəri Ülviyyə Cəlilova bildirib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata leçirilən layihə 24 avqust 2024-cü ildən icra olunmağa başlayıb. Layihənin əsas məqsədi yerli icmaların ekoloji təmiz, dayanıqlı və iqtisadi … Read more

Tramp və Netanyahu Xameneinin taleyini müzakirə edib-İDDİA

Tramp ve netanyahu

ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun görüşündə İrana qarşı mübaribənin nəticələri və dini lider Əli Xameneinin taleyi müzakirə olunacaq. Qerbxeber.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə “İran İnternational” nəşri yazıb. Nəşr qeyd edir ki, bu görüşdə İrana qarşı mübarizənin davam etdirilməsi və Xameneinin öldürülüb-öldürülməməsi ilə bağlı qərarın qəbul olunması gözlənilir. İsrailin müdafiə … Read more

Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər

President of Georgia Mikheil Saakashvili in Tbilisi, March 22,

Rusiya Ermənistanın Gümrü bazasına yeni əlavə qüvvələr göndərir. Qerbxeber.com  bildirir ki, Telegrafa istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatına istinad edən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili deyib. “Bu, Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər. Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə … Read more

Danimarka Baş naziri:Rusiya 2030-cu ilə qədər Avropa üçün təhdidə çevriləcək

Mette frederiksen daniya premier

Rusiya onilliyin sonuna qədər Avropa İttifaqı üçün təhdidə çevrilə bilər. Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib. “Rusiyanın silahlanması o deməkdir ki, bu ölkə iki və ya beş il ərzində Avropa və NATO üçün ciddi hərbi təhdidə çevriləcək. Buna görə də bizim prioritetimiz Avropanın təhlükəsizliyini gücləndirməkdir. Ən geci 2030-cu ilə … Read more

İlham Əliyev Donald Trampa başsağlığı verib

İlham Aliyev ferman

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə … Read more

Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində

6592c414 94a5 4074 b7fc d50ac14be6de

İskilip Bələdiyəsinin ev sahibliyində, Gənçlik və İdman Nazirliyinə bağlı Türkiyə Skautlar (İzcilik) Federasiyası üzvü “Alfa” Gənclik ve Spor Kulubu tərəfındən təşkil edilən  Qardaş Komandalar Skautlar Düşərgəsi,, Yalak Yaylağında uğurla başa çatıb. Qerbxeber.com -un verdiyi məlumata görə aralarında Azərbaycandan gedən skautların da olduğu düşərgədə,bir neçə ölkənin təmsilçiləri iştirak edib. 6-17 yaş aralığında müxtəlif ölkələrdən gələn 500 … Read more

Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı

Elnur123

Bəzən çəki artımı, qarında yığılan piylər və bədən formasının dəyişməsi ilə mübarizə aparırıq. Amma hec düşünmürük ki, bu dəyişikliklərin kökündə təkcə qidalanma və hərəkətsizlik yox, əsas orqanın zəifləməsi və düzgün işləməməsi də dayanır. Çünki bu orqan bədəndə maddələr mübadiləsinin və enerji balansının əsas tənzimləyicisidir. Onun fəaliyyəti pozulduqda artıq çəki yığmaq, piylənmək və orqanizmin ümumi balansının … Read more

Ağdam-Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işi tamamlandı

Qatar yolu

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan və uzunluğu 28 kilometr təşkil edən Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri artıq tamamlanıb. ADY-dən verilən məlumata görə, yeni dəmir yolu layihəsi çərçivəsində Əsgəran və Xocalı stansiyalarının, həmçinin Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası nəzərdə tutulur. Müasir standartlara uyğun tikiləcək kompleks Qarqarçayın sahilində, 6.4 hektar sahədə yerləşəcək. … Read more

Makron Britaniyaya üç günlük səfərə gedib

Makron

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyaya üç günlük dövlət səfərinə gedib. Bu, AB dövlət başçısının “Brexit”dən sonra Londona ilk səfəridir. Qerbxeber.com  Axar.az-a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb. Məlumata görə, səfər ərzində əsas diqqət La-Manş boğazı boyunca qanunsuz miqrasiyaya qarşı mübarizəyə və Ukrayna üçün müharibədən sonra təhlükəsizlik qüvvələrinin yaradılmasına yönələcək. Qeyd edək … Read more

İyulun pensiyaları bu tarixdən etibarən ödəniləcək

Pensiya

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Ölkənin qərb bölgəsinə isə, təqaüdlər bir qayda olaraq hər ayın 21-dən sonra ödənilməyə başlayır. Qerbxeber.com bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə … Read more

Bu gündən məktəbəqədərhazırlıq qruplarının məktəb seçiminə start verilir

686cd1d3460b3686cd1d3460b41751962067686cd1d3460b1686cd1d3460b2

Bu gündən etibarən 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir. Qerbxeber.com Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına istinadən bu barədə xəbər verir. Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq, Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı … Read more

Azərbaycan və Səudiyyə Baş Qərargah rəisləri görüşdü

Images (8)

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevlə görüşüb. Qerbxeber.com xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb. Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi … Read more

Bir ailədə 5-ci faciəvi ölüm…

Agstafa rayonu

Ağstafada bədbəxt hadisə baş verib Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Ş.İsmayılova yaşadığı evdə pəncərəni təmizləyən zaman yıxılıb. Gənc qadın hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, ötən ay ailənin azyaşlı övladı – 2024-cü il təvəllüdlü N.İsmayılova qəfil … Read more

Temperatur 36 dərəcəyə yüksələcək

Hava

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm … Read more

İsveçrə Ukraynanın bərpasına 6 milyarddan çox pul ayırıb

Zelenski yeni

İsveçrə Ukraynanın bərpası üçün 5 milyard frank (təxminən 6,2 milyard dollar) ayırmaq qərarına gəlib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İsveçrə Milli Şurasının prezidenti Mayya Rinikerlə görüşündən sonra bildirib. “Biz beynəlxalq vəziyyəti, tərəfdaşlarla işi, İsveçrənin dəstəyini və yardımını müzakirə etdik. Ölkəmizin bərpası üçün 5 milyard frankın ayrılması qərarına görə təşəkkür edirik. … Read more

Tramp: Biz Ukraynaya silah göndərəcəyik,onlar çox əziyyət çəkiblər

Trump Tramp

“Biz Ukraynaya bir az da silah göndərəcəyik.” Qerbxeber.com APA xəbər verir ki, bu sözü ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib. “Biz bunu etməliyik, çünki onlar çox əziyyət çəkiblər. Bu qədər insan ölür”, – ABŞ prezidenti deyib. O həmçinin Putinin müharibəni saxlamamasından məyus olduğunu deyib.

Tramp: İrana qarşı sanksiyaları ləğv etmək istərdim,amma….

Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, uyğun zaman gəldikdə, İrana qarşı tətbiq olunmuş birtərəfli sanksiyaları ləğv etmək imkanına sahib olmaq istəyərdi. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, o bu haqda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı danışıb “İrana qarşı çox ağır sanksiyalarımız var, həqiqətən çox ağır. Mən istərdim ki, uyğun vaxtda bu … Read more

Rusiya Fövqəladə hallar naziri Bakıya gəlib

Kurenkov

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Bu gün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcra Şurasının və Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gedib. Gündəliyin əsas məsələsi 60-dan çox ölkənin … Read more