Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb

402689085

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Rəhim Həsənov UEFA-dan təyinat alıb. O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununu idarə edəcək. Həsənova yan xətt hakimləri Namiq Hüseynov və Mübariz Haşımov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, Serravalle stadionundakı görüş iyunun … Read more

Milli Məclis yaz sessiyasını başa vurub

21e32069 2e86 4c31 b3fb 1bc37cdc96c9

Milli Məclis yaz sessiyasına yekun vurub. Sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də olub. Sonucu iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə çıxarılıb. Sonda Azərbaycanın dövlət himni səsləndirilib. Nizamnaməyə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub. Deputatlar iyul … Read more

Putin məşhur azərbaycanlının adını əbədiləşdirib

Putin

Rusiya prezidenti Vladimir Putin ölkədəki hava limanlarına məşhur şəxslərin adının verilməsi barədə sərəncam imzalayıb.  Rusiya Kütləvi informasiya vasitələri yazır ki, sərəncama əsasən, məşhur azərbaycanlı geoloq, Sibirdə zəngin neft yataqları aşkarlayan Fərman Salmanovun adı rəsmən Surqut hava limanına verilib. Xatırladaq ki, 2018-ci ilin dekabrında Rusiyada ümumxalq səsverməsinin nəticələrinə əsasən, Fərman Salmanovun (1931-2007) adının Surqut hava limanına … Read more

Şəhid mayor dəfn olunub – Foto

15592962796552017743 750x500

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun zabiti, mayor Omarov Aqil Akif oğlu mayın 31-də Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər. … Read more

Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edib

Trend muxtar babayev

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 31 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini … Read more

Sabah hava necə olacaq?

Sun weather (2)

İyunun 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz … Read more

Gəncədən Gürcüstana gedən yol genişləndirilir – FOTO/VİDEO

61907340 2244393812476927 5967530395464368128 n (1)

Gəncə – Qazax – Gürcüstan magistral avtomobil yolunda əlavə iki zolağın tikintisinə start verilib. Hazırda magistral yolun Gəncə-Zəyəm hissəsində körpü və su ötürücü boruların tiknti işləri aparılır. Bu istiqamətdə aparılan işlərin demək olar ki, 20 faizi yekunlaşıb. Əvvəllər iki zolaqlı olan yolda çoxlu qəza halları yaranırdı. Yeni salınacaq əlavə 2 zolaq insanların rahatlığına xidmət edəcək. … Read more

Salome: “Gürcüstan azərbaycanlıları dövlət dilini bilməlidirlər”

465eec0f 1760 40d3 a8bf 0bfb4cdc6d69

“Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mükəmməl vətəndaşı olmaları üçün dövlət dilini bilməlidirlər”. Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən “Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfransda çıxışı zamanı bildirib. O deyib ki, gürcü dili milli azlıqların doğma dili kimi və inteqrasiya üçün əsas element olmalıdır: “Gürcüstan tolerant ölkədir və burada milli … Read more

Azərbaycan-Türkiyə hərbi təlimi keçiriləcək

IMG 20190531

İyunun 7-dən 11-dək Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. Mod.gov.az-ın 30 may məlumatına görə, təlimə hazırlıq çərçivəsində iki ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi olub. Əlahiddə Ümumqoşun Ordusunun bayraq taqımı Naxçıvan şəhərindən, Türkiyə Respublikasının bayraq taqımı Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüş edib. … Read more

Azərbaycan neftinin qiyməti dəyişib

A024c82f 103f 46f5 bf0e abd19ddeb96f

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,39 ABŞ dolları və yaxud 1,95% dəyər itirib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,75 dollardır. “Azeri LT CIF” nefti 2001-ci ilin dekabrında 19,15 dollara, 2008-ci ilin iyulunda isə 149,66 dollara satılıb.

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır

Bacba4a2 4064 416f aa38 e4ae27c8b1e2

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.  2018-2019-cu tədris ilində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupunda 23 840 uşaq məşğələyə cəlb olunub. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə … Read more

Cəbhədəki vəziyyət

8a55c6d1 e306 49e9 afd8 44de13720c04

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, … Read more

Son altı ildə tələbə adı qazanların sayı artıb

Ceyhun bayramov

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”. Bunu Təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib. O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan … Read more

Azərbaycan ordusu şəhid verib

MN en yeni

Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Akif oğlu Omarov şəhid olub. Müdafiə Nazirliyi mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib: “ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizdə səfərdə olduğu bir vaxtda, mayın 30-u səhər cəbhənin Ağdam rayonu istiqamətində düşmənin açdığı snayper atəşi … Read more

I sinif şagirdlərinin çantası yüngülləşdiriləcək

Derslikler yeni (1)

“2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur”. Bunu Təhsil İnstitutunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: “Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbinin 123 sinfində 3 244 şagird … Read more

Qaxda yem emalı zavodu açılıb

98179ae6 e0ae 4a4e bfbd 57ad15630d97

Azərbaycanın regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə hökumətin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə həyata keçirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisəsi Qax rayonunda istifadəyə verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, müəssisədə istehsal sahəsi və anbar inşa olunub, … Read more

Üç günün hava proqnozu açıqlanıb

Sun weather (2)

Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 … Read more

Sabaha olan hava şəraiti: yağmursuz

Weather

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 26-29, Bakıda gecə … Read more

Ramazan bayramıda dəmir yolu gücləndirilmiş iş rejiminə keçib

Railway

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qurumun Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər … Read more

Səməd Seyidov: “Ermənistanın apardığı siyasətdə təhlükə var”

Semed seyidov 160518

Bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Bunu Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətdə təhlükə var. S.Seyidov əlavə edib ki, hazırkı Ermənistan rəhbərliyi özündə bir sıra xüsusiyyətləri ehtiva edir: … Read more