Nazirlik: Saytlara haker hücumu olmayıb

35fdbaf9 4cfe 4d40 b3ec ad5e7f757729

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, həmin saytlara haker hücumu olmayıb. “Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib”, – o qeyd … Read more

Manatın məzənnəsi

Manat dollar euro 130219 (1)

İyunun 25-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 25.06.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2019-cu il iyunun 24-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Kərimov: “Kənd təsərrüfatı sahəsinə gənclər cəlb edilməlidir”

Dd12c9a0 35d9 4c82 bfa3 fb5c73cffba5

“Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir”. Bunu Bakıda BMT-nin keçirdiyi “Dövlət Xidmətləri Forumu-2019” tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib. “Uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə toplayıb”, – deyən nazir kənd təsərrüfatının hazırda hökumət üçün … Read more

İbtidai sinif müəllimliyi üzrə daha çox vakant yer olacaq

8ed15535 145c 4853 981d b255297d0255

“Bu il orta məktəblərdə daha çox ibtidai sinif müəllimliyi üzrə vakant yer olacaq”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu gündən nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib: “İndiyədək 500-dək namizəd qeydiyyatdan keçib. Ötən il rekord sayda, 51 minə … Read more

DİM-də psixoloji xidmət fəaliyyətə başlayıb

Dim dovlet imtahan merkezi

Məlumdur ki, imtahanlar bir çox şəxs üçün stres və gərginliklə müşaiyət olunur. Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa … Read more

“Kənddən Şəhərə” mağazası fəaliyyətə başlayacaq

66780922 21b0 41be 9b69 2f08e10454e8

“Kənd Təsərrüfatı Nazirliyi”nə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nın daha bir “Kənddən Şəhərə” mağazasının açılışı olacaq. Bu barədə MMC-nın mətbuat katibi Mayis Musayev bildirib. Onun sözlərinə görə, mağazanın açılışı yaxın günlərdə baş tutacaq: “Mağaza Əhmədli qəsəbəsində yerləşəcək”. “Dövlət Aqrar Ticarət Şirkəti”nin kiçik və orta fermerlərə dəstəyi çərçivəsində Nizami küçəsi,154B ünvanında “Kənddən Şəhərə” mağazası fəaliyyət göstərir. … Read more

Bugünədək biçilmiş taxıl sahəsi

15613700355401735600 367x266

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyunun 24-nə olan operativ məlumata görə, ölkə ərazisində 595 min 192,25 … Read more

Sabah daha da isti olacaq – Proqnoz

Ee5b3c69 3330 4fa4 b78a 17c235975845

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, … Read more

Temperatur 40 dərəcəyə yüksələcək

N6

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə … Read more

Qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Dim dovlet imtahan merkezi

V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər. Qabiliyyət imtahanlarında … Read more

Təhsil Nazirliyi dərsliklərlə bağlı çağırış edib

Mekteb

Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştirak etməyə çağırıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai … Read more

Rəsmi: “Plastik qablarda içkilərin günəş şüaları altında saxlanılması yolverilməzdir”

3ec8d22d 8469 4d76 80d4 3fee15cbb817

Yay fəslinin əvəzedilməzi sərinləşdirici içkilərdir. Bu içkilərin istehlakçıya zərərinin olmaması üçün istehsal prosesindən başlayaraq ən son nöqtəyə kimi lazımı tələblərə əməl edilməlidir. Həmin suları addımbaşı market və köşklərdən ala bilərik. Təəssüf ki, bəzi obyektlər suların düzgün saxlanma şəraitinə əməl etmir. Belə ki, tələbat çoxluğundan sifariş verilən suyun miqdarı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıq olur. Bu … Read more

“Bərdə-Fransa Guşəsi”nin açılışı olub

815d0e982904fff

İyunun  22-si Bərdə şəhərində Alman Beynəlxalq Əmkdaşlıq Cəmiyyətinin (GİZ) ofisində “Bərdə -Fransa Guşəsi “ adlı sosial biznes layihəsi çərçivəsində mərkəzin açılışı olub.   “Bölgənin səsi” saytına daxil olan məlumata görə, açılışda dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştrak edib.   Açılış mərasimində çıxış edən layihə rəhbəri Aybəniz Mirzəyeva … Read more

Son iki gündə yol qəzalarında 11 nəfər ölüb

426402ca bd70 4816 9ad2 b5acbb57c28e

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 22-23-də ölkədə törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan … Read more

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

1508236593

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və … Read more

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Monitoring

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 25-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri O`Konnor keçirəcəklər. … Read more

Meteohəssas insanlar üçün əlverişsiz hava

14852546943620349907 1000x669

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumatda qeyd edilir ki, elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. Eləcə … Read more

Cəbhədə sabitlik pozulub

659e73e3 69cb 484e 8445 aa8068647e68

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

“Silahlı Qüvvələr günü” münasibəti ilə intellektual yarış

FB IMG

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə 26 iyun – “Silahlı Qüvvələr günü” münasibəti ilə N saylı hərbi hissədə hərbi qulluqçular arasında intellektual yarış keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, yarışda 4 komandanın heyətində 12 nəfər gənc hərbçi iştirak edib. “Breyn Rinq” formatında reallaşan yarışda ən çox suala düzgün cavab verən “Aselsan” komandası I yerə layiq … Read more

Məktəb direktorlarının maaşı artacaq

1508236593

“Gözlənilir ki, Azərbaycanda minimum əmək haqlarının artımı məktəb rəhbərlərinin də maaşlarına təsir edəcək”. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, vahid tarif cədvəli ilə müəyyənləşmiş sxemdə dəyişiklik ediləcək.