Sənətkarı sahibkarlığa aparan yol – Videoreportaj

C4f5a5ec 558e 4c21 b30a aae89bb7696a

Kürdəmir sakini Habil Mürsəl oğlu Məmmədovun uşaqlıqdan dülgərlik sənətinə böyük həvəsi olub. O, bu sənəti dayısından öyrənib. H.Məmmədov bildirib ki, taxtadan ev əşyaları hazırlamaq üçün istifadə olunan dəzgahlar baha olduğundan müxtəlif sexlərdə çalışıb: “Eşitdim ki, rayon məşğulluq idarəsində “Özünəməşğulluq proqramı” fəaliyyətə başlayıb. Mən də hamı kimi həmin proqrama qatıldım və təlimlərdə iştirak etdim. Bir neçə … Read more

Kosmik hava durumu açıqlanıb

380ba029 6ec8 4c69 9280 7cf85cb285b5

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 1-nə olan kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin S21W02 zonasında ləkə yaranmağa başlayır. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb. 2 MeV-dən … Read more

Ölkədə hava şəraiti dəyişib

19c943e7 f099 4578 9c0a 6b2ad1d976a6

İyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir. Bildirilir ki, yağış: … Read more

Sabahdan havanın temperaturu aşağı düşəcək

Ee5b3c69 3330 4fa4 b78a 17c235975845

İyunun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 29-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, … Read more

Aqrar Subsidiya Şurası yaradılır

61468bfe f65e 481c 9f71 b934125b7ab0

Azərbaycanda fermerlərə subdisiya ödənilməsi ilə bağlı qərarı Aqrar Subsidiya Şurası qəbul edəcək.  Bu məsələ Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nda öz əksini tapıb. Qaydaya əsasən, yaradılacaq Şurada Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar … Read more

DİM məktəb direktorlarına müraciət edib

Dim dovlet imtahan merkezi

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb. Mərkəzdən verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən ümumi … Read more

Atəşkəs ara-sıra pozulub

Trend karabax soldier albom hd 200814

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Azərbaycan Avropaya tekstil ixrac edəcək

Textile industry

Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır. Bunu Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib. Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir: “Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə … Read more

Qazaxda “Ədəbiyyat klubu” yaradılıb

FB IMG

Dünən Qazax GİKM-nin nəzdində “Ədəbiyyat klubu” təsis olunub. “Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Dövlət Dram teatrının rejissoru Allahverdi Musayev, sözügedən teatrın gənc aktyoru Yusif Qoca və gənc yazar Hikmət Orhun iştirak ediblər. Klubun təsis olunmasında məqsəd region gəncləri arasında ədəbiyyata marağın artırılması, gənc yazarların tanıdılması, eləcə də, onların və digər … Read more

Sabah rayonlarda 40 dərəcə isti olacaq

9165104f c7e4 4f1c b046 adc3730193f1

İyunun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyunun 28-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək,lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 23-28, gündüz 35-40, … Read more

Milli Məclisin sabaha nəzərdə tutulan iclası keçirilməyəcək

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e

Milli Məclisin (MM) sabaha – iyunun 28-nə nəzərdə tutulan plenar iclası keçirilməyəcək. Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında MM sədri Oqtay Əsədov məlumat verib. O deyib ki, bu gün gündəliyə daxil olan 49 məsələ müzakirə edilərək qəbul olunub: “Gündəliyə daxil olan məsələlər bitdiyindən sabah plenar iclas keçirilməyəcək”.

Bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib

09259cfa 9bac 4d64 b835 ea2970a0fb76

Azərbaycanda məcburi audit subyekti olan 1 608 bələdiyyədən 980-ı və yaxud 60,95%-i 2018-ci ildə auditdən keçib. Bu barədə Auditorlar Palatası bildirib. Xatırladaq ki, 2017-ci ildə 1 265 bələdiyyə və yaxud bütün yerli özünü idarəetmə qurumlarının 78,7%-i auditdən keçmişdi. Başqa sözlə, bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib.

Onlar Dünya İrs siyahısına təqdim olunacaq

Ccc351b0 bcac 4631 911a 7efe9c6ee50b

“Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur”. Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant … Read more

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

8949eb80 92b7 44c9 89f7 244cb9fa808e

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 49 məsələ daxildir. İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələrinə baxılacaq. Gündəliyə “Məhkəmələr və … Read more

Təmas xəttində nisbi sakitlikdır

F188331d df41 4d5c a6fe 8c02d452bbc3 (1)

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.  Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Xarici diplomatlar şimal bölgəsində

C0ab269d 48c5 4872 8f0a 779588305e79

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir. Bu barədə XİN-dən məlumat verilib. Səfər çərçivəsində xarici … Read more

Aprel şəhidlərinin övladları üçün pulsuz təlimlər

Nrytn tedbir 260619 (1)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA-Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə şəhid hərbçilərin övladları üçün tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladlarına robotiks master-klası təşkil olunub. … Read more

Sabah hava necə olacaq?

N6

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarda gecə … Read more

60 şəhid ailəsinı mənzillər təqdim edilib

Trend tedbir

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib. Mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq ailələrə verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini … Read more