Ukrayna Azərbaycandan qaz almığı müzakirə edir-Energetika nazirləri görüşdü

Az uk energetika naziri

Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla təbii qaz təchizatı imkanlarını müzakirə etdiyini bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib Qaluşenkonun sözlərinə görə, Azərbaycan Avropanın əsas enerji resursu tədarükçülərindən biridir və bu səbəbdən də tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini gündəmə gətiriblər. “Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində … Read more

Gəncədə avtomobillər toqquşub-Xəsarət alanlar var

Qəzaee

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” markalı avtomobil “VAZ 2107” minik avtomobilli ilə toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Zelenski: Ötən həftə Rusiya Ukraynaya hücumda 1800 drondan və 1200 aviabombadan istifadə edib

Zelenski unufirmda

“Ukraynaya qarşı yeddi gün ərzində genişmiqyaslı Rusiya zərbələri endirilib, 1800-dən çox dron, 1200-dən artıq idarəolunan aviabomba və 83 raket”. Bu barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabındakı paylaşımında yayıb. O qeyd edib ki, ruslar şəhərləri və icmaları daha da çox qorxutmaq üçün terror taktikasını gücləndirirlər: “Lakin Moskvanın planlarına baxmayaraq, hava hücumundan müdafiə qüvvələrinin işi … Read more

Mark Rutte ABŞ Prezidenti ilə görüşəcək

Tramp rutte

NATO Baş katibi Mark Rutte ABŞ-da Prezident Donald Trampla danışıqlar aparacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib. “NATO-nun Baş katibi Mark Rutte iyulun 14-15-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset, eləcə də Konqres üzvləri ilə görüşəcək”, – məlumatda qeyd … Read more

Tramp Rusiya ilə bağlı bəyanat hazırlayır

Tramp yeni

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı böyük bəyanat hazırladığını bildirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Axar.az “Bild” nəşrinə istinadən məlumat yayıb. “Biz son bir neçə ayda Trampı Putinin sülh istəmədiyinə və Ukraynanı bombalamağa davam edəcəyinə inandırmaq üçün bütün mümkün variantları sınadıq. Ümid edirəm ki, Tramp nəhayət bunu başa düşdü. Rusiya tərəfi ilə aparılan … Read more

TRT kanalı Güney Azərbaycan şəhərlərini kürd bölgəsi kimi təqdim etdi-BAO ETİRAZ BƏYANATI yaydı

Bao logo

Son dövrlər Türkiyənin TRT kanalında vaxtaşırı Güney Azərbaycanın müxtəlif şəhərlərinin kürd bölgəsi kimi təqdim edilməsinə cəhd göstərilir.Bir neçə gün əvvəl Güney Azərbaycanın ən böyük şəhərlərindən biri Urmiyəni kürd bölgəsi kimi təqdim edən verilişin TRT kurdi kanalında yayımlanması həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda fəaliyyət göstərən təşkilatlar və ictimai fəallar tərəfindən etirazla qarşılanıb. Məsələ ilə … Read more

Rusların ballistik raketləri azalıb-Ukrayna Hərbi Kəşfiyyatının məlumatı

Ballistik raket k

“İskəndər-M” ballistik raketləri və onların Şimali Koreya analoqu olan KN-23 raketlərinin Rusiyadakı ehtiyatları son bir yarım ay ərzində demək olar ki, iki dəfə azalıb. Qerbxeber.com xəbər verir ki, bu barədə APA“LIGA.net” -ə istinadən məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (Hərbi Kəşfiyyat) redaksiyanın sorğusuna cavabında bildirilib ki, 2025-ci ilin iyul ayının əvvəlində Rusiyada təxminən … Read more

Ukraynalı polkovniki öldürənlər zərərsizləşdirildi-İşin arxasında Rus “FSB” var

Ukrayna polkovnik olumu

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları keçirdikləri xüsusi əməliyyat zamanı Rusiya xüsusi xidmət orqanlarının agentlərini – FTX-nin tapşırığı ilə Kiyevdə polkovniki qətlə yetirən şəxsləri zərərsizləşdiriblər. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidmətinin məlumatına görə, qatillərin axtarışı üzrə xüsusi əməliyyata şəxsən xidmətin sədri, general-leytenant Vasıl Malyuk rəhbərlik edib. “Rusiya FTX-nin agent-döyüş qrupunun əvvəlcədən … Read more

Qazağın Ağköynək kəndində əkin sahəsində kişi meyiti tapılıb

Meyit

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb. Qerbxeber.com APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb. Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub. Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri … Read more

İsrailin hücumları zamanı İran Prezidenti Pezeşkian ayağından yara alıb

Mesud pezeshkian1

İran Prezidenti Məsud Pezeşkian ötən ay İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasına edilən İsrail hava zərbəsi zamanı ayağından yaralanıb. Bu barədə APA “Fars” agentliyinə istinadən məlumat yayıb. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan bu agentlik hücumun 16 iyun tarixində baş verdiyini qeyd edir. Həmin gün İranın qərbindəki bir binanın aşağı mərtəbələrinə zərbə endirilib. Həmin … Read more

Netanyahu: İran nüvə silahı ilə bizi yer üzündən silməyə çalışır

Netanyahu aa

İran nüvə bombası yaratmağa qadirdir və İsrailə qarşı istifadə etməyə hazırdır”. Qerbxeber.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib. İsrail lideri bildirib: “İran zənginləşdirilmiş uranla silahlanmağa tələsir. Biz bunu gördük. Bir ildən sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Nüvə güclərindən istifadə edib bizi yer üzündən siləcəklər”. … Read more

Lavrov Çinə səfər etdi

Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Pekinə gedib. Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Lavrov iyulun 14-15-də Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Çin Lavrovun Asiya turunun son dayanacağıdır. Bundan əvvəl o, Malayziya və Şimali Koreyada rəsmi görüşlər keçirmişdi.

Klublararası dünya çempionatında PSJ və “Çelsi” bu gün üz-üzə

Kupa

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün final görüşü keçiriləcək. Qerbxeber.com xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Çelsi” komandaları üz-üzə gələcək. Paris klubu yarımfinalda “Real Madrid”i (İspaniya) 4:0 hesabı ilə darmadağın edib. “Zadəganlar” isə Braziliya “Fluminense”sini üstələyib – 2:0. PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, “Çelsi” Konfrans Liqasının qalibi olub. Qeyd … Read more

Tramp Ukraynaya silah üçün maliyyə vəsaiti ayırmağı düşünür

Tramp

ABŞ Prezidenti Donald Tramp prezidentlik müddəti ərzində ilk dəfə olaraq Ukraynaya əlavə hərbi yardım üçün maliyyə vəsaiti ayırma ehtimalını nəzərdən keçirir. Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yeni maliyyələşmənin konkret mənbəyi hələlik açıqlanmasa da, Trampın sərəncamında əvvəlki prezident Co Baydenin administrasiyası dövründən qalan təqribən 3,85 … Read more

Yeməyə və özünə münasibət-Sağlam həyat üzrə motivator ELNUR NEMƏTOVUN yazısı

Elnur hoca

Çoxları düşünür ki, arıqlamaq üçün sadəcə az yemək, kalori saymaq və ya şirniyyatlardan uzaq durmaq kifayətdir. Amma nəzərdən qaçırdığımız incə məqamlar da var ki, onlar dəyişimin və işin əsas sirrini təşkil edir — emosiyalarımız… Arıqlama yolunda emosiyalarımız, gündəlik vərdişlərimiz və özümüzə münasibətimiz ən az qidalar qədər təsirə malikdir. Psixologiyada bir fikir var: “Özünə nə qədər … Read more

Makron ABŞ-ın Avropaya qarşı tarif siyasətini kəskin tənqid edib

Macron makron emmanuel

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın avqustun 1-dən Avropa İttifaqından idxal olunan məhsullara 30 faizlik tarif tətbiq etmək planlarını kəskin şəkildə tənqid edib. Bu barədə dövlət başçısı “X” hesabında paylaşım edib. “Avropa Komissiyasının Prezidenti ilə birlikdə Fransa 1 avqustdan etibarən Aİ-dən ABŞ-a ixrac olunan məhsullara dair 30 faizlik tariflərin tətbiqi qərarına qəti şəkildə qarşı çıxır”, – … Read more

Qazax Dövlət Dram Teatrı “Pusquda”tamaşası ilə mövsümü başa vurub

Pusquda

Qazax Dövlət Dram Teatrı iyulun 12-də “Pusquda” tamaşasının premyerası ilə 87-ci mövsümü başa vurub. Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub. Qerbxeber.com xəbər verir ki,Tamaşa türkiyəli yazıçı dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə … Read more

Özbəkistan vətəndaşı Naftalanda ölü tapıldı

1660290027 880olum

Naftalanda sanatoriyada istirahət edən şəxs ölü tapılıb. Qerbxeber.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Z.Kafarovun meyiti sanatoriya otaqlarından birində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimallara görə, onun ölümünə ürəktutması səbəb olub. Məlumata görə, Z.Kafarov Naftalana istirahət məqsədilə gedibmiş. Faktla bağlı araşdırma aparılır.

Bu gün I və IV ixtisas qrupları imtahan verir

Imtahan qebul

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Qerbxeber.com xəbər verir ki bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahan verəcəklər. Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, … Read more

Ağstafada avtomobillər toqquşdu-Xəsarət alanlar var

Agstafa qeza

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qerbxeber.com APA-nın məlumatına görə xəbər verir ki, qəza rayon mərkəzində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili digər VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 2006-cı il təvəllüdlü Ö.Tağıyev və 2006-cı il təvəllüdlü N.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.