Son Xəbərlər
Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı

Qurban bayramının vaxtı açıqlanıb

Eb556003 25c5 4b50 b365 3fe995d304f4

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Sabah hava necə olacaq?

156743c5 90c5 47d5 abf3 baae8cee08e5

Avqustun 8-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 8-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə … Read more

Azərbaycan XİN Ermənistana cavab verib

Ccef0b2e fab7 4434 a909 60f07b5233bd

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan XİN-in bəyanatına münasibət bildirib. XİN-in şərhində deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərinə münasibətdə qəti mövqeyimizin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət … Read more

Azərbaycanlı zəvvarların səhhəti yaxşıdır

A0c3f119 1317 431e ae4e 0893c13b2968

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır. Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaqlar. Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcəklər. Avqustun 11-12-13-də isə “Şeytan daşlama” mərasimi icra olunacaq. Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc … Read more

Üç rayonda təbii qazın verilişi dayandırılıb

Gas closed

Bu gün Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. … Read more

Azərbaycanda 87 uşaq cinayət nəticəsində ölüb

Parent child

Azərbaycanda 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 87 uşaq ölüb. Ölən uşaqların 64-ü oğlan, 23-ü qız olub. Ümumilikdə, 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7304 nəfər xəsarət alıb ki, onun 4965-i kişi, 2339-u qadın olub. Xəsarət alanların 166-sı oğlan, 68-i qız olmaqla, 234-ü uşaq olub. Ötən il törədilmiş cinayətlər nəticəsində 1226 nəfər ölüb. Onların 895-i kişi, 331-i … Read more

Məzənnə

63eba9e5 93a3 4eab b0c2 bf3d0ddfe53e

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olaraq qalıb.  Avronun məzənnəsi 0,07% artaraq 1,9059 manat, Rusiya rublunun məzənnəsi isə 0,77% irəliləyərək 0,0261 manat təşkil edib.

Neftin qiyməti düşüb

E2b0f06a d3f7 4d61 a377 e71f010a6109

“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,63 ABŞ dolları və yaxud 1% aşağı düşüb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,32 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Atəşkəs pozulub

E2bf87c5 875c 4c04 b8f5 b87160b039b8

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli … Read more

Müəllimlərin vakansiya seçimi mərhələsi başlayır

63035381 6368 43e3 97e4 e4998315157a

Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki … Read more

Sabah yağış yağacaq

156743c5 90c5 47d5 abf3 baae8cee08e5

Avqustun 7-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, … Read more

Üç qurum Qurban bayramı ilə bağlı açıqlama yayıb

407036956

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirlikləri Qurban bayramı münasibəti ilə birgə açıqlama yayıb.  Mətni təqdim edirik: “Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşan Azərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir. Adi … Read more

“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Qurban 1000x669

Avqustun 12-13-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək.  Bu barədə nazirliyə istinadən xəbər verir. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır. … Read more

Neft ucuzlaşıb

98fb1657 1e08 407b 8c03 e5642e113be8

“Azeri LT CIF” markalı xam neftin qiyməti 1,79 ABŞ dolları və yaxud 2,77% aşağı düşüb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,95 dollar olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Cəbhədə monitorinq keçirilib

81dbd954 7aca 42aa ba46 c51242062172

Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Monitorinq bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həyata keçirilib.

5 rayonda qaz təchizatı dayandırılıb

Gas closed

Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq … Read more

Ali məktəblərə ixtisas seçimi başa çatır

Internet

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. … Read more

Milli Yaylaq Festivalından 8 gün sonra… – Fotolar

6g

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verildi. Bilənlər bilir, bilməyənlərə də agah olsun ki, elə həmin ayın 28-dək davam edən festival Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı … Read more

Gədəbəydə “İctimai iştirakçılıq haqqında” qanun təbliğ olunub

6g

Gədəbəy rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının “İctimai İştirakçılıq haqqında” qanununun təbliği istiqamətində maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində təlim keçirilib. “Bölgənin Səsi” saytının məlumatına görə, tədbiri layihənin rəhbəri, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu açıb. O, qonaqları salamladıqdan sonra “İctimai İştirakçılıq haqqında” qanun … Read more