Son Xəbərlər
Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı Hörmüzün taleyi müəmmalı olaraq qalır-Asif Nərimanlının yazısı İdmansız Arıqlamaq: Kalori Saymadan, Sadəcə Düzgün Qida Ardıcıllığı İlə-Elnur Nemətovun yazısı Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin partlama səbəbi:TERAKT? Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır Xamneyinin qırxı erməni kilsəsində keçirildi? Prezident Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib Trampın bu şərtlərlə İranla sülh təşəbbüsü ABŞ neft sektorunda narazılıq yaratdı Azərbaycanda boşanmaların xəritəsi: Qərb bölgəsində hansı rayon öndədir-STATİSTİKA Azərbaycan nefti 15 faizə yaxın ucuzlaşdı

İsmayıllıda toyda 33 nəfər zəhərlənib – RƏSMİ

413589900

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib. “Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşfiq Sabəli oğlu … Read more

Azərbaycan nefti ucuzlaşıb

2bd7e131 1be5 4b3e b868 a0cc48b70a67

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,49 ABŞ dolları və yaxud 0,79% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,55dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İranda Azərbaycan dili tədris olunacaq

2016 10 21 15 55 54iran azerbaycan bayraqlar

İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dili tədris ediləcək. Bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşayi deyib. Onun sözlərinə görə, bölgə xalqlarının tələblərinə əsasən, həftədə iki saat Azərbaycan dili dərsi keçiləcək: “Sentyabrın 23-dən etibarən bəzi məktəblərdə müvafiq dərslərin keçilməsinə başlanılacaq.  Vilayətimizdə iki dildən (Azərbaycan və fars) istifadə edildiyi üçün yerli … Read more

Sabaha yağış gözlənilir

667f0fc2 ac4b 4216 9f3b a939023b3870

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 28-də hava Azərbaycanın əksər rayonlarında, əsasən, yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq … Read more

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib – VİDEO

0167cfb6 06b5 4cce bb6b 1d399cd4cb9d

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim … Read more

Neftin qiyməti yüksəlir

0fdb24f9 de18 4410 911d a06f5ea4d6d2

Neftin qiyməti əvvəlki satışlardakı azalmadan sonra artmağa başlayıb. “İnterfax” xəbər verir ki, vu meyllər daha çox ABŞ ilə Çin arasındakı ticarətə dair danışıqların gedişatı, habelə ABŞ-ın İranla bağlı mövqeyinə dair son məlumatlar əsasında formalaşır. Belə ki, bu səhər Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin bir bareli 58,95 dollara, yəni əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 … Read more

Lerikdə heyvanlar arasında xəstəlik yayılıb

73777280 2c38 4f89 825a 5902148006e8

Lerik rayonu Zeynako kəndində ətraf ərazilərdə bir aya yaxındır ki, iri buynuzlu heyvanlar arasında xəstəlik yayılıb. Həmin kəndin sakini Pərviz Titayev bildirib ki, kənddə əksər təsərrüfatlarda olan mal-qara xəstəliyə yoluxub. Onun sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnunan su axır, bədən səthində düyünlər yaranır. Heyvanlar arasında tələfatlar da var. … Read more

Üç ölkə birgə hərbi təlim keçirəcək

D6c8884e 3923 41fc 9654 e3489908e182

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin … Read more

Atəşkəs yenə pozulub

Trend karabax soldier albom hd 200814

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən … Read more

Məzənnə

Manat dollar euro 130219 (2)

Azərbaycan Mərkəzi Bankı 27 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8868 manat təşkil edir. 1 türk lirəsi 0,2919 manat, 1 rus rublu 0,0257 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü … Read more

UNİCEF ana olmağa hazırlaşan qadınlara müraciət edib

7a997985 3c69 465e ab31 e2d282aa0402

“Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə … Read more

Kolleclərin boş qalan yerlərinə qəbul elan olunub

030eb02b 4d69 4ec9 8d17 9aede4d0a679

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 27-dən sentyabrın 2-dək internet vasitəsilə ixtisas seçimi elan edib.  Mərkəzdən verilən məlumata görə, orta ixtisas təhsil müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları … Read more

Qazaxda itkin düşmüş qadın və iki övladı axtarılır

Itkin aile

Qazaxda itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları, 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. N.Qasımovanın … Read more

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət – VİDEO

451d638f 8f68 484d a123 69344076fd8d

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır. Bu barədə sürücülərdən biri məlumat verib. Belə ki, Bakı-Qazax yolunun Qazax rayonu ərazisində yerləşən dairədə (Olimpiya Kompleksinin yanında) həm Qırmızı Körpü istiqamətində, həm də Bakı istiqamətində 4.3 dairəvi hərəkət nişanı və 2.1 baş yol nişanı var. Lakin Əskipara kəndindən həmin dairəyə daxil olan hissədə heç bir nişan yoxdur. … Read more

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

0f70e5c0 dad6 46b6 8340 bda5b09f933a

Bu gün saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. … Read more

Allahşükür Paşazadə ordenlə təltif olunub

Ce621af1 c6f3 47d8 946b ddd5e8e81e22

Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Azərbaycan bu ölkələrə kombi ixrac edə bilər

7c3beb2c 8fec 4863 a832 70d8906a5f8b

Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir. Bunu yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib. Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”. E.Cəmilli vurğulayıb ki, … Read more

Atəşkəsi hər gün pozulur

25effc31 ed7e 47c8 9243 0005220acd25

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri … Read more

Müəllimlər üçün təlimlər keçiriləcək

97c3ce90 5972 4066 a90e 00ac88e2e5a2

Məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlər üçün təlimlər nəzərdə tutulub. Bunu məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib. O qeyd edib ki, Bakıda artıq bu təlimlərə başlanılıb: “Regionlarda müəllimlər üçün təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin təlimlərə maksimum cəlb edilməsidir”.

Salyanda qaz sayğaclarının dəyişidirilməsinə başlanılıb

Eba7b111 eeef 4acd 854f df3dc2b4d9f1

“Azəriqaz” İB Gəncə və Ağsu ilə yanaşı Regional qaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan RQİİ-yə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının yeniləri ilə əvəz olunmasına başlanılıb. “Azəriqaz”dan verilən məlumata görə, istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 785, Ağsu RQİİ üzrə 52 413, Salyan RQİİ üzrə isə 51 443 ədəd məişət təyinatlı mexaniki və … Read more