Paşinyan Rusiyaya səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına gedəcək. Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Səfər çərçivəsində onun Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. N.Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir.