Sosial

Ata adını dəyişdirənlərin sayı

8 fevral / 11:47 1 dəq
420413495
8 fevral / 11:47
Burada sizin reklamınız ola bilər

Ötən il ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə çoxsaylı müraciətlər daxil olub.

Nazirlikdən sputnik-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı ümumilikdə 2.689 müraciət olub.

Verilən məlumatda bildirilir ki, soyad sonluğunun dəyişdirilməsi üçün 2.308 müraciət daxil olub və onların hamısı təmin edilib. Adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər