Siyasət

ATƏT nümayəndəsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olacaq

16 avqust / 17:03 1 dəq
5a92f2ed 1efd 31ce 9703 a4db4efbd6be
16 avqust / 17:03
Burada sizin reklamınız ola bilər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Ermənistan-Azərbaycan sərhədində, Laçın yolundakı vəziyyətlə tanış olmaq üçün həmin əraziyə göndərir.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə B.Osmani “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, belə bir qərarı ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.

“Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna töhfə verməyə hazırdır”, – B.Osmani vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər