Dünya

ATƏT: “Azərbaycan hərbçilərinə qarşı amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur”

15 aprel / 08:37 2 dəq
Fa4fe157 70e2 3b1e 885e f15226f4951e
15 aprel / 08:37
Burada sizin reklamınız ola bilər

“Ermənistanda Azərbaycan hərbçisinə qarşı açıq-aşkar amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur”.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) məlumat yayıb.

ATƏT/DTİHB insidentlə bağlı dərhal araşdırma aparmağa çağırıb: “Bu, günahkarların beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmasına kömək edəcək”.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Paylaş
Burada sizin reklamınız ola bilər