Ağstafa

Aşağı Kəsəmən kəndi susuzluqdan əziyyət çəkir – Fotolar

18 iyun / 11:58 1 dəq
200776682 4424343540933176 2662764072169280675 n
18 iyun / 11:58
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinləri su problemi problemindən əziyyət çəkirlər.

“Qərb Xəbər”in məlumatına görə, içməli su əldə etmək üçün sakinlər məsafədən vedrə ilə su daşıyırlar.

İsti yay günlərində arxlar quruyub, sakinlər həyətyanı əkin sahələrini suvara bilmirlər.

Kənd sakinləri dəfələrlə Ağstafa rayon İcra Hakimiyyətinə və rayon su idarəsinə müraciət etsələr də, problem həllini tapmayıb.

Qeyd edək ki, bu barədə yaxın günlərdə televiziya kanallarında video sujet də təqdim olunub. Çarəsiz qalan sakinlər yaxın günlərdə Prezident İlham Əliyevə videomüraciət hazırlamaq istəyirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər