Hadisə

Arzu Nağıyev:Rusiya tərəfi Azərbaycana cavab verməlidir

29 iyun / 21:09 2 dəq
Arzu nağıyev
29 iyun / 21:09
Burada sizin reklamınız ola bilər

Baş vermiş hadisə ilə bağlı ciddi araşdırma aparılmalı və Azərbaycan tərəfinə cavab verilməlidir.

Qerbxeber.com bildirir ki bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Rusiyadakı son zorakılıq azərbaycanlılara, o cümlədən bütün miqrantlara qarşı ən ciddi hadisələrdən biridir, bu, yolverilməzdir: “Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat-axtarış tədbirləri çərçivəsində İstintaq Komitəsi öz səlahiyyətlərini aşan hərəkətlər edib və bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Ölüm faktı baş veribsə, hüquq-mühafizə orqanları cavab verməli, hadisə isə obyektiv qiymətləndirilməlidir”.

Arzu Nağıyev qeyd edib ki, bu, Rusiyada miqrantlara qarşı ilk belə hal deyil:

“Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən məsələyə münasibət ən yüksək səviyyədə bəyanatla onlara çatdırılıb. Mariya Zaxarova bununla bağlı açıqlama verib, amma Rusiya Azərbaycan XİN-in bəyanatına birmənalı şəkildə ən yüksək səviyyədə cavab verməlidir. Əks halda bu, istər miqrasiya, istərsə də digər sahələrlə bağlı çox ciddi fəsadlara gətirib çıxara bilər. Azərbaycan daim qonşuluq siyasətinə sadiq olub və ölkədəki rus icmasına ən yüksək səviyyədə münasibət göstərilib. Qarşı tərəf də bu münasibətə uyğun davranış həyata keçirməlidir. İstər Rusiya XİN səviyyəsində, istərsə də müxtəlif səviyyələrdə ciddi araşdırma aparılmalı və Azərbaycan tərəfinə cavab verilməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər