Siyasət

“Araik bu gün dindirilib” – Vəkili DANIŞDI

4 oktyabr / 12:09 1 dəq
Terrorist araik arutyunyan
4 oktyabr / 12:09
Burada sizin reklamınız ola bilər

Xankəndində saxlanılaraq Bakıya gətirilən qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

“Qərb Xəbər” bildirir ki, Araik Arutyunyanın hüquqlarını vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Alov Səfərəliyev sosial media hesabında yazıb ki, bu gün Araik dindirilib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq”.

Vəkil qeyd edib ki, peşə borcunu vicdanla yerinə yetirəcək: “Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”
Paylaş
Burada sizin reklamınız ola bilər