Aqrar Universitetinin dekanı korrupsiyaya görə saxlanılıb
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
“Qərb Xəbər” bildirir ki, Famil Nəsibovun universitetdə aparılan korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
Faktı Baş Prokurorluq təsdiqləyib.




