Elm və Texnologiya

Aprelin 1-dən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19 mart / 11:56 1 dəq
83ca9450 D2cb 311a 892b 897ad41a47bd 850
19 mart / 11:56
Burada sizin reklamınız ola bilər

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Qerbxeber.com-a xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I-VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər