Ankara ABŞ-ın “Zəngəzur dəhlizi”təklifindən xəbərsiz olduğunu bəyan etdi
Türkiyə Prezident administrasiyası ABŞ-ın Ermənistandan keçəcək Zəngəzur dəhlizi ilə bağlı bəyanatına reaksiya verib.
Qerbxeber.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ABŞ-ın dəhlizi idarə etmək niyyətindən xəbərsiz olduqlarını açıqlayıb.
“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç nəyi şərh edə bilmərik”, – Ərdoğan administrasiyasından bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirib ki, ABŞ Azərbaycanı ilə Ermənistan arasında danışıqları inkişaf etdirmək məqsədilə Zəngəzur dəhlizini idarə etməyə hazırdır.




