Kateqoriyasız

Anar Kərimov mədəniyyət naziri vəzifəsinə təyin edilib

5 yanvar / 15:17 1 dəq
469301f1 b345 3050 98bf 30404e69d1f9
5 yanvar / 15:17
Burada sizin reklamınız ola bilər

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, A.Kərimov ötən il iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər