Siyasət

Amerikadan geri addım: ABŞ Putinin Rusiya prezidentliyindən uzaqlaşdırılmasına yönəlmiş siyasət aparmır

29 mart / 11:11 1 dəq
Joe biden
29 mart / 11:11
Burada sizin reklamınız ola bilər

“ABŞ Vladimir Putinin Rusiya prezidentliyindən uzaqlaşdırılmasına yönəlmiş siyasət aparmır”.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu bazar ertəsi Amerika lideri Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Baydendən martın 26-da Varşavaya səfəri zamanı Putin haqqında danışarkən “bu adam hakimiyyətdə qala bilməz” deyərkən verdiyi açıqlamaları izah etməsi istənilib.

“Mən qəzəbimi bildirdim ki, lakin bu, bizim əsas siyasətimizin Putini devirmək üçün hər hansı bir addım atmaqdan ibarət olması anlamına gəlmir. ABŞ-ın Rusiyaya qarşı siyasətində heç bir dəyişiklik yaranmayıb”, – deyə Bayden bildirib.

Ondan dediklərindən peşman olub-olmadığını soruşduqda isə Bayden belə cavab verib:

“Mən hiss etdiyim mənəvi qəzəbi ifadə etdim və buna görə üzr istəmirəm”.

 

qərbxəbər.com

Paylaş
Burada sizin reklamınız ola bilər