Dünya

Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib

8 iyun / 09:18 1 dəq
8865f493 be59 3cf3 84d7 3c1d41173d70
8 iyun / 09:18
Burada sizin reklamınız ola bilər

Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” – hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.

“Qərb Xəbər” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir.

Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8×6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.

Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər