Dünya

ALMANİYA üç Patriot sistemini Ukraynaya göndərib

27 iyul / 11:36 1 dəq
Patriot raketləri
27 iyul / 11:36
Burada sizin reklamınız ola bilər

Almaniya artıq üç Patriot sistemini Kiyevə təhvil verib və hazırda əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə ABŞ-la danışıqlar aparır.

Bu barədə mənbələrə istinadən “The Washington Post“ (WP) məlumat yayıb.

“Berlin artıq üç Patriot sistemini Ukraynaya təhvil verib və əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə Vaşinqtonla danışıqlar aparır”, – məqalədə deyilir.

ABŞ prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Avropa bu cür tədarükləri ödəyəcəyi təqdirdə Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər