Almaniya Polşaya 5 təyyarə göndərir
5 alman “Eurofighter EF-2000 Typhoon” təyyarəsi yaxın həftələrdə NATO-nun şərq cinahına aid hava məkanının müdafiəsinə dəstək verəcək.
Qerbxeber.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış X hesabında yazıb.
Məlumata görə, təyyarələr Varşava yaxınlığında yerləşən Minsk-Mazovks aerodromunda yerləşdiriləcək.




