AbŞ gürcustan səfiri
“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri
Roman storovoyt
Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi
Asif
Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili
1668862550 saakasvili
Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Almaniya, Fransa və Polşa Gürcüstan hökumətinə yeni seçkilərlə bağılı çağırış edib

6 ay ago
A A
Almanya, fransa, polşa bayraq

“Gürcüstan rəsmilərini yeni seçkilərin keçirilməsi imkanlarını nəzərdən keçirməyə çağırırıq”.

Qerbxeber.com   Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə “Veymar üçbucağı”nın Fransa, Almaniya və Polşanın xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub. Bəyanatda Gürcüstan rəsmilərini mövcud vəziyyətin həlli yolunu tapmaq və Gürcüstan demokratiyasına ictimai etimadı bərpa etmək üçün bütün müvafiq aktorlarla milli dialoq aparmağa çağırılır. Həmçinin, bəyanatda qeyd olunur ki, ATƏT/ DTİHB-nin oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı yekun hesabatı geniş pozuntular və iddialara cavab vermək üçün aparılmalı olan qeyri-adekvat araşdırmalar fonunda seçki prosesinin ədalətli olması ilə bağlı narahatlıqları təsdiq edir. Bəyanata görə, xarici işlər nazirləri seçkilərin Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun keçirilmədiyini düşünürlər. Bəyanatda həmçinin Gürcüstan diplomatik pasportu sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması və Aİ-nin milli səviyyədə əlavə tədbirləri nəzərdən keçirəcəkləri bildirilib: “Biz, Veymar üçbucağının xarici işlər nazirləri, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra Gürcüstanda yaranmış siyasi böhrandan və “Gürcü arzusu”nun Avropa İttifaqına üzvlük prosesini dondurmaq qərarından ciddi narahatıq. Böhrana səbəb Gürcüstanın hakim partiyasının siyasi kursu və Avropa yolundan sapmasıdır. Biz dəfələrlə gürcü rəsmilərini Avropa norma və dəyərlərinə riayət etməklə və islahatlar həyata keçirməklə kurslarını dəyişməyə və Aİ inteqrasiyasına qayıtmağa çağırmışıq. Biz ötən həftə dinc nümayişçilərə, mediaya və müxalifət liderlərinə qarşı zorakılığı qətiyyətlə pisləyirik və gürcü rəsmilərinin insan hüquqlarına hörmətlə yanaşmaq və əsas hüquqları, o cümlədən sərbəst toplaşmaq və media azadlığını qorumaq məsuliyyətini vurğulayırıq. Biz siyasi liderlərə qarşı təhdidləri qətiyyətlə pisləyirik. “Gürcü Arzusu”nun siyasi repressiya kursuna və demokratik geriləmələrə cavab olaraq, Avropa və milli səviyyədə əlaqələrimiz aşağı düşüb, Gürcüstan rəsmiləri ilə yardım və əməkdaşlığımız azalıb. Müvafiq olaraq, biz Aİ-nin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması ilə bağlı qərarını və Aİ-nin milli səviyyədə əlavə tədbirləri nəzərdən keçirəcəyik. Oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı ATƏT/ DTİHB-nin yekun hesabatı geniş pozuntular və iddialara cavab vermək üçün qeyri-adekvat araşdırmalar fonunda seçki prosesinin ədalətli olması ilə bağlı narahatlığımızı təsdiq edir. Seçkilər Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun keçirilməyib. Biz gürcü rəsmilərini mövcud vəziyyətin həllini tapmaq və Gürcüstan demokratiyasına ictimai etimadı bərpa etmək üçün bütün müvafiq aktorlarla milli dialoq aparmağa çağırırıq. Biz gürcü xalqının demokratik və avropalı arzularını dəstəkləmək qərarımızı bir daha bəyan edirik”, – deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

AbŞ gürcustan səfiri

“İvanişvili öz maraqlarını gürcü xalqının maraqlarından üstün tutur” – ABŞ səfiri

07 İyul 2025
281124 victor osimhen of galatasaray celebrates victory 1920.jpg

“Qalatasaray” Qsimhenlə müqavilə imzaladı

07 İyul 2025
Zelenski starmer

Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib

07 İyul 2025
Roman storovoyt

Rusiyalı nazır işdən çıxarılması haqda sərəncamın “mürəkkəni qurumamış” intihar etdi

07 İyul 2025
Zatulin

Bakı-Moskva münasibətləri yenidən qızışır-Bu dəfə Zatulin “gül ağzını açıb”danışmağa başıadı

07 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.