Maraqlı

Alçanı duzla yemək olarmı

13 may / 10:27 2 dəq
Indir 2025 05 13t102623.364
13 may / 10:27
Burada sizin reklamınız ola bilər

Yazın başlanğıcı ilə təbiət yenidən həyat tapır, ağaclar meyvə verir və ticarət məntəqələri müxtəlif növ meyvələrlə bəzənir.

Qerbxeber.com milli.az-a istinadən xəbər verir ki, hər mövsümün öz xüsusi məhsulları olsa da, yazın ən çox arzulanan meyvələrindən biri də alçadır.

Bu meyvə tərkibindəki C, A və K vitaminləri, kalium, dəmir və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalıdır. Bu maddələr orqanizmin müdafiə sistemini gücləndirir, dərini daha gənc göstərir və ümumi sağlamlığa müsbət təsir edir.

Alça həzm sistemini dəstəkləyən və bağırsaqları normallaşdırmağa kömək edən liflərlə zəngindir, bu da qəbizlik kimi problemləri aradan qaldıra bilər. Lakin bəzi hallarda alça istehlakı tövsiyə edilmir. Mədə problemi olan insanlar reflüks, qastrit və ya mədə xorasından əziyyət çəkənlər turşuluğun təsiri ilə narahatlıq hiss edə bilərlər.

Qan təzyiqi və ya diabet xəstəliyi olan insanlar alçanı mütləq həkimlə məsləhətləşmədən yeməməlidirlər. Hamilə qadınlar üçün də bu meyvə bəzi narahatlıqlara yol aça bilər, buna görə onların istifadəsi diqqətlə yanaşılmalıdır.

Alçadan gündə 5-10 ədəd yemək kifayət edir. Duz əlavə olunduqda isə bu miqdar daha da azaldılmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər