Dünya

Aİ sammitində “Avropanın yenidən silahlanması” planı razılaşdırılıb

7 mart / 08:54 1 dəq
67c9f62086a8267c9f62086a83174128899267c9f62086a8067c9f62086a81
7 mart / 08:54
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılığa gəliblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Bildirilib ki, 27 ölkənin lideri Avropa Komissiyasının müdafiəni gücləndirmək planına yaşıl işıq yandırıb.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün 150 milyard kredit də daxil olmaqla 800 milyard avronun ayrılmasını nəzərdə tutan “Avropanın yenidən silahlanması” adlı plan təklif edib.

Paylaş
Burada sizin reklamınız ola bilər