Dünya

Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirmək isdəyir

1 may / 09:30 1 dəq
Indir 2025 05 01t093025.631
1 may / 09:30
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı ABŞ-ın sülh danışıqlarında iştirakını dayandırmağa qərar verəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları saxlamaq üçün alternativ plan hazırlayır.

Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Financial Times”a deyib.

“Tramp administrasiyası Ukrayna ilə bağlı sülh danışıqlarını dayandırmaq və Moskvaya yaxınlaşmaq qərarına gələrsə, biz Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri saxlamaq üçün ehtiyat plan hazırlayırıq”, – o bildirib,

Kallas vurğulayıb ki, ABŞ hazırda sazişdən çıxmağı düşünür və Avropa mövcud vəziyyətə uyğun qərarlar qəbul etməlidir.

Kaja Kallas həmçinin bəyan edib ki, Aİ heç vaxt Krımı Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər