Dünya

“Aİ qışın sonuna qədər Ukrayna əsgərlərinə təlim keçəcək”-BORRELL

10 noyabr / 00:34 1 dəq
BORREL
10 noyabr / 00:34
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı qışın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin 75 min hərbi qulluqçusuna təlim keçəcək.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

“Biz artıq 60 min ukraynalı hərbçiyə təlim keçmişik, qışın sonuna qədər bu rəqəm 75 min olacaq. Təlimlərin Ukrayna ərazisinə keçirilməsi ilə bağlı konsensus yoxdur”, – diplomat vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər