Bölgə xəbərləri

Aİ-nin sərhəd avantürası – “missiya” bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib

11 fevral / 19:47 1 dəq
Ef713d1c 4a6e 394b A05c Dbce2fdd6227 850
11 fevral / 19:47
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

Qerbxeber.com “Report” a istinadən xəbər verir ki, bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib.

Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər