Dünya

Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsi təklif edilir

7 mart / 14:48 1 dəq
65e983520c74565e983520c746170980232265e983520c74365e983520c744
7 mart / 14:48
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına 35 fiziki və 2 hüquqi şəxsin əlavə edilməsi təklifini irəli sürəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Bloomberg“ nəşri yazıb.

Qeyd olunub ki, bu addım Aleksey Navalnının cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə əlaqədar atılacaq.

Xatırladaq ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib, o, huşunu itirib.

Paylaş
Burada sizin reklamınız ola bilər