Dünya

Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinin tətbiq edilə biləcəyi tarix məlum olub

10 aprel / 08:27 1 dəq
Indir 2023 04 10T082642.511
10 aprel / 08:27
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) artıq aprel ayında Rusiyaya qarşı 11-ci sanksiya paketini tətbiq edə bilər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər gözləmək olar. Bu qənaətə parlamentari Avropa İttifaqının qərarlarının keçmiş dinamikasına əsaslanaraq gəlib.

Xatırladaq ki, daha öncə Avropa Parlamentinin Almaniyadan deputatı Qunnar Bek Aİ-nin bu həftə məhdudlaşdırıcı tədbirlər görə biləcəyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər