Dünya

Aİ liderləri Ukraynaya 50 milyard avro yardım barədə razılıq əldə edib

1 fevral / 16:25 1 dəq
65bb72ea1fc4965bb72ea1fc4a170678346665bb72ea1fc4765bb72ea1fc48
1 fevral / 16:25
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı liderləri Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılması barədə razılıq əldə edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında bildirib.

“Bizim razılaşmamız var. 27 liderin hamısı Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün davamlı, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyəni təmin edəcək. Aİ Ukraynaya dəstək məsələsində liderlik və məsuliyyəti öz üzərinə götürür, biz nəyin təhlükədə olduğunu bilirik”, – Mişel paylaşımında bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Macarıstan bu qərarı bloklamışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər