Aİ liderləri Tramp-Zelenski görüşündə daha bir qalmaqal yaşanacağından narahatdır
ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında gözlənilən görüşlə bağlı Avropa İttifaqı (Aİ) liderləri arasında çaxnaşma yaşanır.
Qerbxeber.com bildirir ki, bu barədə Teleqraf “The New York Times” (NYT) məlumatına əsasən xəbər yayıb.
Aİ rəsmisi nəşrə deyib ki, ittifaq liderləri Zelenskinin Trampı qəzəbləndirməsindən qorxurlar.
Mənbə qeyd edib ki, İraq müharibəsindən sonra belə bir görüş ilk dəfədir bu qədər tez hazırlanır. Diplomat bildirib ki, əsas vəzifə fevralda Ağ Evdə Tramp-Zelenski danışıqları nəticəsində yaranmış qalmaqalın təkrarlanmamasıdır.
Xatırladaq ki, ABŞ və Ukrayna liderləri arasında görüş bu gün Ağ Evdə keçiriləcək.




