Aİ ilə Zəngəzur dəhlizinin gələcək perspektivi barədə müzakirə aparılıb
Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclası keçirilib.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə rəqamsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə edilib.
“Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi apardıq”, – o əlavə edib.




