Bölgə xəbərləri

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasını müzakirə edir

12 iyun / 14:05 1 dəq
Paweł herczyński
12 iyun / 14:05
Burada sizin reklamınız ola bilər
Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır.

Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.

Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır. Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan namizəd ölkə statusu almaq üçün müraciət etmişdi və biz ona rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu vermişik. Lakin təəssüf ki, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir”, – Herçinksi deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər