Bölgə xəbərləri

Aİ Ermənistanın Azərbaycanla sərhədinə missiya göndərəcək

17 yanvar / 12:00 1 dəq
1673940023
17 yanvar / 12:00
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək.

“Qərb Xəbər” “armenpress”ə istinadən xəbər verir ki, missiya fevralın 20-də başlayacaq.

Bu gün məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Aİ XİN başçılarının iclasında veriləcək.

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan – Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib.

Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.

Paylaş
Burada sizin reklamınız ola bilər