Dünya

Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir

14 noyabr / 09:22 1 dəq
Indir 2023 11 14T092144.083
14 noyabr / 09:22
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

“Biz Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi imkanlarını və Ermənistan üçün viza rejiminin sadələşdirilməsi variantını öyrənəcəyik”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər