Dünya

Aİ Ermənistan-Azərbaycan danışıqlarının bərpasına çağırış edib

14 noyabr / 09:17 1 dəq
6552512fa3cb26552512fa3cb316998935516552512fa3cb06552512fa3cb1
14 noyabr / 09:17
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

O, Avropa İttifaqı Şurasının sədrinin gördüyü işlər əsasında iki ölkə arasında danışıqların bərpa olunmasına çağırış edib.

“Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik”, – deyə Borrell bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər