Ağstafa

Ağstafada usta hündürlükdən yıxılaraq ölüb

13 iyul / 09:49 1 dəq
Images (1)
13 iyul / 09:49
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan evin damından yıxılaraq dünyasını dəyişib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü A.Misirov usta kimi işlədiyi evin damından yerə yıxılıb. Bu zaman ağac parçası onun bədəninə batıb.

Ağır xəsarət alan zərərçəkmiş xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər