Ağstafa

Ağstafada qış rejiminə hazır olmayan avtobuslar cərimə meydançasına aparılır

25 fevral / 11:21 1 dəq
AnyConv.com d65f22dd 99b5 3747 9ff5 516903bbb4f4
25 fevral / 11:21
Burada sizin reklamınız ola bilər

Ağstafada sərnişindaşıma ilə əlaqədar tədbir keçirilib

Bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bilidirilib ki, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin(DYPB) əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir. Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.

Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər