Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Qurban Lələyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





