Ağstafa

Ağstafada kran aşdı-Xəsarət alan var

20 iyul / 20:46 1 dəq
Aşan kran
20 iyul / 20:46
Burada sizin reklamınız ola bilər

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Qerbxeber.com APA-nın məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində yerləşən sərt döngədə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Aqil Qasımov idarə etdiyi “KAMaz” markalı avtomobil (kran) ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar sürücü, onun sərnişinləri 1998-ci il təvəllüdlü Eltun Yusibov və 1988-ci il təvəllüdlü Elvin Yusibovdur.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər