Ağstafa

Ağstafada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

24 noyabr / 12:29 1 dəq
60e718ea0df5bdb9daf699012c48e7eb
24 noyabr / 12:29
Burada sizin reklamınız ola bilər

Ağstafa rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında təşkil olunmuş görüşdə 40-a yaxın sahibkarlıq subyekti və dövlət qurumlarının nümayəndələri iştirak edib.

“Qərb Xəbər” bildirir ki, keçirilmiş tədbirin məqsədi sahibkarları dövlətin dəstək mexanizmləri, KOBİA, KOB Dostu və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir.

Görüş zamanı sahibkarları maraqlandıran suallar cavblandırılıb. Əkin sahələrinə dair subsidiyaların alınmasında yaranmış çətinliklər, EKTİS-də yaranmış inteqrasiya məsələləri, suvarma sahəsində suyun gecikmə ilə verilməsi və su həcminin az olması, həm əkinçilik, həm də heyvandarlıq sahəsində sığortanın lazımı səviyyədə həyata keçirilməməsi ilə bağlı müzakirələr aparılmış və həlli istiqamətində fikirlər bildirilmişdir.

Paylaş
Burada sizin reklamınız ola bilər