Ağstafa

Ağstafada iki “VAZ”ın toqquşması nəticəsində avtomobillərdən biri yanıb, xəsarət alanlar var

18 avqust / 09:24 1 dəq
Images 2023 08 18T092336.725
18 avqust / 09:24
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 462-ci kilometrliyi) “VAZ” markalı iki minik avtomobili toqquşub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Adları məlum olan yaralılar aşağıdakılardır:

Könül Musayeva (1968);

Mehman Musayev (1965);

Anar Əsgərov (1996).

Bir nəfərin adı hələlik məlum deyil.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər