Ağstafa

Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb

5 noyabr / 09:41 1 dəq
Images (31)
5 noyabr / 09:41
Burada sizin reklamınız ola bilər

Ağstafada avtomobilin vurduğu piyada Bakıda ölüb.

“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kabıyev Elmar Səməddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 21 BG 428 qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən piyada Məmmədov Rasim Kərəm oğlunu vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən noyabrın 4-də Bakıda vəfat edib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər